525.Az

Bu gün terrorçuluqda ittiham olunan Ermənistan vətəndaşlarının məhkəməsi keçiriləcək


 

Bu gün terrorçuluqda ittiham olunan Ermənistan vətəndaşlarının məhkəməsi keçiriləcək<b style="color:red"></b>

Bu gün terrorçuluqda təqsirləndirilən daha iki Ermənistan vətəndaşı - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin məhkəməsi başlayır.

525.az-ın APA-ya istinadən məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxslərin anket məlumatlarının dəqiqləşdiriləcəyi və məhkəmənin baxış iclasının təyin olunacağı gözlənilir.

Qeyd edək ki, hər iki Ermənistan vətəndaşı Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham edilir.

 

 





17.12.2021    çap et  çap et