525.Az

BMT nasizmin qəhrəmanlaşdırılmasına qarşı qətnamə qəbul edib


 

BMT nasizmin qəhrəmanlaşdırılmasına qarşı qətnamə qəbul edib<b style="color:red"></b>

BMT Baş Assambleyası nasizmi, neonasizmi və irqçiliyin bütün formalarını pisləyən qətnamə qəbul edib.

525.az-ın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

İrqçilik, ksenofobiya və dözümsüzlüyə töhfə verən “Nasizmin qəhrəmanlaşdırılması, neonasizm və digər əməllərlə mübarizə haqqında” qətnamənin lehinə 130 ölkə səs verib.

ABŞ və Ukrayna qətnamənin əleyhinə səs verib, 49 ölkə isə səsvermədə iştirak etməyib.

Rusiya və BMT-nin 30-dan çox digər üzvü tərəfindən hazırlanan qətnamədə nasizmin qəhrəmanlaşdırılmasının istənilən forması, o cümlədən Vaffen SS-nin şərəfinə abidələr qoyulması və kütləvi paradların keçirilməsi və ya onların milli azadlıq hərəkatı elan edilməsi ilə bağlı narahatlıq ifadə olunur.

Qeyd edək ki, Azərbaycan qətnamənin lehinə səs verib.

 





17.12.2021    çap et  çap et