525.Az

"Erməni az qala onu öldürəcəkdi"- Məşhurların xanımları


 

“Tək arzum odur ki..”.

"Erməni az qala onu öldürəcəkdi"- <b style="color:red">Məşhurların xanımları </b>

Vladimir Qafarov Azərbaycanın  adl-sanlı tərcüməçilərindən olub. Eyni zamanda gözəl şeirlər müəllifi kimi tanınır. Bugünkü müsahibimiz şair-tərcüməçinin ömür-gün yoldaşı Rəna xanım Qafarovadır.   

Düzü Rəna xanımın söhbətlərinə qulaq asdıqca  yaman utandıq. Vladimir Qafarovun fəaliyyəti ilə tanış olsaq da, bu qədər böyük işlərə imza atdığından xəbərsiz idik. Bilmirik, bu, Azərbaycan təhsilindən, ya biz gənclərin başısoyuqluluğundandı, amma hər iki halda bu insanı tanımamaq bizim üçün utandırıcı bir hal sayılmalıdı.

 

 

Tale yazısı

 

Mən Vladimir Qafarovun ikinci həyat yoldaşıyam. Onun məndən əvvəl ailəsi olub. İlk evliliyindən bir oğlu var: Rövşən Qafarov. Övladlarından Vladimirin sənətini davam edən elə böyük oğlu oldu.

 

Özüm İçərişəhərdə dünyaya göz açmışam. Mənim anam həkim idi. Amma atam heç vaxt ona işləməyə icazə vermədi. Atam özü kiçik yaşlarından işləməyə məhkum olmuşdu. Sürücü işləyirdi. Biz üç bacı, bir qardaş idik. Ali təhsilliyəm, iki unversitet bitirmişəm.

 

İkinci dəfə 1980-ci ildə mənimlə ailə qurdu. Vladimir Qafaroviçlə 1973- ildə tanış olmuşduq. O vaxtlar Bakı-Baku qəzetində, korrektura şöbəsində işləyirdim. Əlində siqaret qutuları olan bir cənab içəri girdi. Hər kəslə salamlaşdıqdan sonra, işçilərinin qabağına bir qutu siqaret qoydu. Mən birinci dəfə idi ki, onu görürdüm. Stoluma yaxınlaşıb soruşdu:

 

Siz siqaret çəkirsiniz?

 

Xeyr! Mən xalis azərbaycanlıyamdeyə əsəbi halda cavab verdim.

 

Eybi yox, mən yenə bunu sizə hədiyyə etmək istəyirəm deyib, bir qutu siqareti stolumun üstünə qoydu.

 

Bizim tanışlığımız belə başladı. Atası Salyan rayonunda doğulub, kapitan idi. Anası Rusiya vətəndaşı idi. Vladimir ailənin tək uşağı idi. Atası gəmidə olduğundan, onun tərbiyəsi ilə anası məşğul olarmış. Anası bizim mədəniyyəti, musiqini, ədəbiyyatı yaxşı bilmirdi. Amma Vladimir Azərbaycan milli musiqisi ilə nəfəs alırdı. Muğamları, təsnifləri, saz sənətini çox sevirdi. Bəlkə buna görə sadaladığım janrların tərcüməsi ilə məşğul idi.

 

Gəzməyə , ölməyə  Vətən yaxşı

 

Mən Vladimirlə evlənmək qərarını verənə qədər düz yeddi il fikirləşmişdim. İlk növbədə ona görə ki, aramızda yaş fərqi böyük idi. Bu məni narahat edən ən başlıca səbəb idi. İkinci valideynlərim evliliyimizin əleyhinə idilər. Mən Vladimiri vətənpərvər insan olaraq tanımışam. Eyni zamanda çox anlayışlı həssas insan idi. Elə Moskvadan hər gələndə bir hədiyyə gətirə-gətirə mənim könlümü ələ almışdı(gülür). Sonda gördüm ki, bu adam mənim taleyimdir.

 

İki övladımız dünyaya gəldi. Övladlarımız ekiz idi. Bir qız, bir oğlan. Məktəbi əla qiymətlərlə bitirdikdən sonra, Rusiya universitetlərinə qəbul oldular. Atalarının uzun müddət Rusiyada yaşamasına baxmayaraq uşaqların gedib xaricdə oxumaq istəklərinə mane oldu. Sənədləri cırıb atdı. Övladları üçün narahat olurdu. Çünki Vladimir olduqca qayğıkeş ata olub.

 

Aramızda olan yaş fərqini heç vaxt hiss etmədim. Çünki Vladimir Qafarov böyüklə böyük idi, kiçiklə kiçik. Çətinliklərimiz həddindən çox olub. Hətta elə olub ki, mən özüm üç işdə birdən işləmişəm. Çətin vaxtlarımızdan biri idi. Rusiyadan Vladimirə orda yaşamaq üçün təklif göndərdilər.  Uşaqlarımız təzə dünyaya gəlmişdi. Mənimlə məsləhətləşəndə razılığımı bildirdim. Çünki yüksək maaş, hər cür şərait qulağa xoş gəlirdi. Amma Vladimir razı olmadı, “Mən Bakısız yaşaya bilmərəmdeyib, məsələyə son qoydu.

 

 

Sənət mən bir-birimiz üçün yaranmışıq...

 

Vladimirin yaradıcılığı çoxşaxəlidir. O gözəl şeirlər müəllifidir. Amma dövründə əsasən tərcüməçi kimi məşhurlaşıb. Yüzlərlə- minlərlə tərcümələr edib. Tərcümələri Azərbaycan şeirlərini, dastanlarımızı, aşıqların yaradıcılığını, uşaq ədəbiyyatını, mahnıları, muğamları, bayatıları əhatə etməkdədir.

 

Heç vaxt pul onu düşündürdü, kəmiyyət. Azərbaycan aşıq sənətinin demək olar ki, bütün nümayəndələrinin əsərlərini rus dilinə tərcümə edib. Aşıq sənətinə məhəbbət Vladimirin qanında idi. Demək olar ki, bütün aşıq dastanlarımızla yanaşı, Sarı aşığın, Molla Cümənin, Hüseyn Bozarqanlının, Aşıq Şəmşirin yaradıcılığını da rus dilinə tərcümə edib. Milli musiqimizə həddindən çox bağlı idi. Bu musiqiyə saatlarla qulaq asardı. Biz bu səbəbdən Vladimirlə televizorlarımızı ayırmışıq (gülür). Vladimir nəinki, bizim dövrün aşıqlarını, eləcə IX-X əsrlərə aid aşıqların yaradıcılıqlarını rus dilinə tərcümə edirdi. Bizim ailənin tək gəlir mənbəyi tərcümə sahəsi olsa da, bu tərcümələri etməklə maddi baxımdan demək olar ki, çox az qazandı. Vladimir bütün bunları xalqının işinə yaramaq üçün edirdi.

 

Şeirlərdən kitablara düzülübdür muncuqlar

 

Demək olar ki, bütün şairlərimizin əsərlərinə müraciət etmişdi. Şifahi xalq ədəbiyyatı daxil olmaqla, müasirlərimizdən  Mikayıl Müşviq, Səməd Vurğun, Məmməd Araz, Nəriman Həsənzadə başqaları,  orta əsrdə yaşamış klassiklərimizin əsərlərini ruscaya tərcümə edib.

 

Qeyd etdiyim kimi, musiqilərimizə müraciət edib. Bir çox Azərbaycan müğənnilərinin mahnılarını ruscaya tərcümə etmişdi. O musiqi sahəsində əsasən Rəşid Behbudovla çalışırdı. Rəşid müəllim çox tərcüməçilərlə işləsə əsasən Vladimirin  tərcümə etdiyi mahnılara üstünlük verirdi. Qastrol səfərlərinə çıxanda o mahnılara müraciət edərdi.

 

Vladimir Qafarov uşaq mahnılarının da tərcümə müəllifidir. O Azərbaycan mədəniyyətini hərtərəfli olaraq dünya ictimaiyyətinin nəzərinə çatdırmağa çalışırdı. Hər iki dili ana dili səviyyəsində bilirdi.

 

Tərcümə ilə məşğul olanda əsərlərin üstündə yarpaq kimi əsirdi. Sanki o tərcümə etmirdi, muncuq düzürdü. Bir sətirim üstündə dəfələrlə düzəliş aparırdı. Çox diqqətcil insan idi. Ona tapşırılan tərcümənin verilmə vaxtı az olsa da, heç vaxt tələsməz, həmişə gördüyü işin mükəmməl olması üçün əlindən gələni edirdi.

 

Vladimir o dövr üçün çox təəccüblü hal olsa da, türk dilinə tərcümələr edirdi. Sovet dövründə türk dilini bilib, eyni zamanda üzə çıxarmaq cəsarəti olan çox az insan var idi. O Türk-Azərbaycan lüğətinin tərtibatçısıdır.

 

Səhhətim qurban olsun sənətə

 

Vladimir zamandan doğru istifadə etməyi bacarırdı. Tərcümələr onun vaxtının əsas hissəsini alırdı. Şeir yazmaq isə onun üçün çox asan idi. Şeirlərini rus dilində, ya bir kağız parçasına, ya bir salfetkaya yazardı. Heç vaxt yazdığı şeiri mənə oxumazdı. Əgər şeiri mənim üçün yazırdısa, əlyazma şəklində stolun üstünə qoyub, özü işə gedərdi. (gülümsəyir).

 

Ən mənfi xüsusiyyətlərindən biri, tərcümə edəndə siqaret çəkməsi idi. Həddindən artıq siqaret çəkirdi. Bu isə onun səhhətini daha da pisləşdirirdi. Ömrünün sonlarına yaxın Vladimiri çox həvəsdən salmışdılar. Əsərləri dərc edilmir, yazıları çıxmırdı. Bu hal ona böyük əzablar gətirirdi. Özünə qapanmışdı, evdən çölə çıxmırdı. Amma ölümünə təxminən 2 il qalmış sanki, Vladimirdə canlanma başladı. Mükafatlar almağa cəhd göstərir, yeni əsərlər çap etdirirdi.

 

Vladimir eyni zamanda pedaqoji fəaliyyətlə məşğul idi. Dərs keçdiyi şagirdlər arasında tərcümə bacarığı olanları seçib, Azərbaycan ədəbiyyatı üçün yetişdirməyə çalışırdı. O, müəllim kimi çox əzazil idi. İmtahandan kəsilən uşaqlar, növbə ilə gəlib bizim qapıda düzülərdilər. Sonunda işə mən qarışmalı olurdum. (gülür).

 

İstedadlı gəncləri qabağa çəkməyə çalışırdı. Azərbaycana istedadlı insanlar bəxş etmək onun ən böyük arzularından idi. Həmim dövrlərdə biz maddi baxımdan çox çətinliklər yaşayırdıq. Buna rəğmən rayondan gələn gənclərin Moskvada oxumaqları üçün lazım olan imkanı yaradırdı.

 

Həyat fanidir

 

Həyat çox qəribədir. Ölüm deyilən məfhum hər şeyə son qoymağı bacarır. Mən çox təəssüflənirəm ki, zaman keçdikcə insanlar Vladimir Qafarovu unudurlar. Halbuki o bütün ömrünü sənətə, ədəbiyyata həsr edib.

 

Vətənini, dövlətini bu qədər sevən, önəmsəyən insan tez-tez doğulmur.

 

1992-ci ildə Tərtər rayonuna gedib Qarabağ məsələsi ilə əlaqədar yaranmış qarmaqarışıqlıqları yaxından müşahidə etmiş, o haqda silsilə məlumatlar dərc etdirmişdi. Ümumiyyətlə Vladimir hərbçilərə xüsusi rəğbət bəsləyirdi. Şair adam müharibədən yazmağa başlamışdı. Dözməyib cəbhə bölgəsinə gedəndə, erməni snayperindən atılan güllə onun papağını dəlib keçmişdi. Qarabağ da bir dərd olub onun belini bükmüşdü.

 

2000-ci ildə səhhəti pisləşdi, həkimə gedəndə, bildirdilər ki, beynində şiş var. Əcəl onu apardı. İndi yarımçıq qalan əsərlərini çap etdirməyə çalışırıq. Onun haqqında olan bütün məqalələri, məlumatları bir araya toplamağa çalışıram. Tək arzum odur ki, mən vəfat etdikdən sonra da Vladimir Qafarov kimi böyük şəxsiyyət tarixdə öz izini qoruyub saxlaya bilsin.

 

Sənətlə məşğul olan adamların xarakteri çox mürəkkəb olur. Vladimir olduqca mürəkkəb insan idi. Ömrünün sonuna qədər onu kəşf edib qurtara bilmədim.

 

Məhəbbət HACIYEVA
 Firəngiz AĞALAROVA

 

 





05.05.2014    çap et  çap et