525.Az

Qasım Qasımzadənin arxivindən bir neçə vərəq


 

Qasım Qasımzadənin arxivindən bir neçə vərəq <b style="color:red"></b>

Şairin arxivini vərəqləyirəm. Rastlaşdığım qeydlərin bir qismi müəllif kimliyinə aid maraqlı bir məqamı açıqlayır. Söhbət Qasım Qasımzadənin əzəldən  sevdalısı olduğu milli ideallara bağlılığının ibtidai bir əlamətindən gedir: Türkiyə türkcəsinə sevgisindən. Onun haqqında çoxlarının bilmədiyi bu məqam 1988-1992-ci illərə aid qeyd dəftərçəsində belə ifadə olunur: “1944- ildə universitetin şərqşünaslıq fakültəsinin türk şöbəsinə daxil olmuşdum. Türk dili müəllimimiz Cabar Cabarov idi. Çox intellektli bir ziyalı idi. Türkcə yazdığımTürk əsgər marşı (gərək ki, 1945-ci, ya da 1946- il olardı) ona etibar edib verdim ki, oxusun. Səhəri gün gəlib dedisən odla oynayırsan, yavrum, böylə işlərlə məşğul olmaq yaramaz”. Demə Cabar müəllim DTK-nın polkovniki imiş. Hərbi tərcüməçi sifəti ilə. Yəni, taleyim tükdən asılı imiş o dəhşətli dövrdə. Görünür, mənə yazığı gəlib, ya da özü elə sadəcə humanistmiş. Onu da deyim ki, Cabar həm radioda türk verilişləri üzrə diktor işləyirdi. Nəbi (mərhum şair Nəbi Xəzri nəzərdə tutulurN.Q.) o zaman azərbaycan dili üzrə diktor idi. Bu barədə mənim həmkarım kimi Nəbiyə deyib ki, ona de, belə işləri buraxsın. Həmin şeiri təəssüf ki, tapa bilmirəm (gizlətmiş, ya da cırmışam, yadıma gəlmir, hələ axtarıram, bəlkə tapıldı). O zaman türkcə başqa bir şeir qələmə almışdım. O şeirin qaralamasınıVətən uğrundajurnalının 1943- il tarixli 1-2 saylı cildinin içəri səhifəsinə yazmışdım. İndi təsadüfən rastıma gəldi. Üzünü köçürdüm. İlk variantı da latın hürufatındadır”. Yeri gəlmişkən, qeyd dəftərçələrində yazılmayan, ancaq özünün vaxtilə mətbuata verdiyi bir müsahibəsində toxunduğu epizodu da xatırladardım. 22 yaşlı tələbə Qasıma onun əslini-nəslini yaxşı tanıyan yaşlı yazıçılarımızdan biri (dəqiq bilmirəm, Əli Vəliyev, ya Süleyman Rəhimov) o zaman deyibmişşairsən, özün bəy nəslindən, təkcə elə türk şöbəsində oxumağın yetər ki, hökumət səni təqib eləsin, yaxşısı budur türk şobəsindən keç filologiya şöbəsinə”. Qasım bu tövsiyəyə qulaq asır, ərizə ilə müraciət edib təhsilini filologiya şöbəsində davam etdirir.

 

O uzaq illərdə gənc şairin ilk qələm təcrübələrindən biri kimi jurnalın üz qabığının arxasına türkcə yazdığı çox sonralar gəncliyinin xatirəsi kimi qeyd dəftərçəsinə köçürdüyü həmin şeir əlyazmadan kənara adlamayıb. Yazının orijinalını “525-ci qəzetin oxucularına təqdim edirəm.

 

YOLUNU  BEKLİYORUM

 

 

Sebanın məskəni olmuş gülüstan, 
 Bir sorak vermiyor vefalı dostan. 
 Hala ufuklarda kızarmamış tan. 
 Bülbülün sesine uyanıp hemen, 
 Güzelim, yolunu bekliyorum ben. 
 
 Güneş gök yüzünü ateşe yaktı, 
 Çimen sinesine bin lale taktı, 
 Zulmet örpeyini göke buraktı. 
 Sen bizim illere gelmedin neden? 
 Güzelim, yolunu bekliyorum ben. 
 
 Dakikam ay oldu,saatlarım yıl, 
 Geçir mayıs günü hey pırıl-pırıl, 
 Barı rahm edip te bir marhamet kıl, 
 Nafile kendini sakın, tutma gen, 
 Güzelim, yolunu bekliyorum ben. 
 Sen bana git dedin, ben qamli baktım, 
 İçten bir ah çektim, alemi yaktım, 
 Eski sevdaların hepsin buraktım, 
 Gel senin aşkında gönlüm olsun şen, 
Güzelim, yolunu bekliyorum ben. 
 
 Dalıram hüsnünle bahar eyyamı 
 Mahtapın seyrine mayıs akşamı. 
 Benzer cemalına göklerin şamı, 
 Güneş hifet çeker güzelliyinden, 
 Güzelim, yolunu bekliyorum ben. 
 
 Bir buse sundedim, “olamazdedin,

Dedim: “kurbanınım”, danış az dedin, 

Bin şaka gösterdimoyunbazdedin,
Sallayıp elini kayb oldun hemen,
Güzelim, yolunu bekliyorum ben. 
 
 Ormana faş olsun sirrimiz niçin? 
 Ben tenha selv olum, sen tek güverçin. 
 Uçup-uçup bir an dinlenmek için 
 Köksümde boy atan dala kon herden, 
 Güzelim, yolunu bekliyorum ben. 
 1945

 

 





05.05.2014    çap et  çap et