525.Az

Ələtdəki qəzada yaralananların son durumu açıqlanıb


 

Ələtdəki qəzada yaralananların son durumu açıqlanıb<b style="color:red"></b>

Ələtdə mikroavtobusla minik maşınının toqquşması nəticəsində yaralanan şəxslərin son durumu açıqlanıb.

525.az xəbər verir ki, Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlunun verdiyi məlumata görə, reanimasiyada olan 3 nəfərdən Əli Əlilinin vəziyyəti çox ağır olaraq qalır. O, süni tənəffüs aparatındadır, xəstədə kəllə-beyin travması, beyin və ağciyər əzilməsi müşahidə olunur.

Dünən evə buraxılan yaralılardan biri də gecə saatlarında yenidən geri qayıdıb. Hazırda KTM-də qəzada yaralanan 6 nəfər var. Onlardan 3-ü reanimasiyada, 3-ü isə şöbədədir.

Qeyd edək ki, dünən gecə Bakıdan Gədəbəyə gedən mikroavtobus Ələt qəsəbəsində minik maşını ilə toqquşub, nəticədə 9 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

 





18.12.2021    çap et  çap et