525.Az

Əfqanıstan Azərbaycana təşəkkür etdi


 

Əfqanıstan Azərbaycana təşəkkür etdi<b style="color:red"></b>

Əfqanıstan hökuməti bu ölkədə təbii fəlakətdən ziyan çəkənlərə göstərdiyi humanitar yardıma görə Azərbaycana təşəkkür edib.

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, Əfqanıstan Fövqəladə Hallar Nazirliyinin müşaviri Azərbaycan hökumətinə diqqət və  dəstəyinə görə öz minnətdarlığını bildirib: “Azərbaycan xalqı həmişə qardaş əfqan xalqının kədərinə və sevincinə şərik olub”.
 
Qeyd edək ki, mayın 2-də Əfqanıstanın şimalında - Sərpol, Fəryab və Cövzcan vilayətlərində baş vermiş sel daşqınları nəticəsində minlərlə insan ölüb, xeyli adam yaralanıb, yüzlərlə sakin evsiz-eşiksiz qalıb və minlərlə mal-qara tələf olub. Azərbaycan hökuməti də mayın 4-də Əfqanıstana humanitar yardım göndərib. Azərbaycan prezidenti İlham Əliyevin göstərişi əsasında göndərilən 122 tonluq humanitar yardıma qida məhsulları - duru yağ, makaron, şəkər tozu, qənd, düyü, çay, un, habelə ədyal, geyim əşyaları və digər zəruri tələbat malları daxildir.
 
Ümumi dəyəri 211 min 500 manat olan yardımı daşıyan təyyarə Əfqanıstanın Məzari-Şərif şəhərinin hava limanına enib.

 





05.05.2014    çap et  çap et