525.Az

Sevgilim Bakı


 

Sevgilim Bakı<b style="color:red"></b>

Bakı mənim sevgilimdi”, desəm, görəsən inanan olarmı? Tam səmimi deyirəm: “Bakı mənim sevgilimdi”. Babamız Nazimin təbirincə desək, bəlkə lap dəqiq olar: “Mavi gözlüsevgilim. Bakının gözlərimdəki böyüklüyü heç vaxt imkan verməyib ki, heyrətim azalsın, ona olan sevgim adiləşsin. İnsan həyatındasevgililərinsayı çox ola bilər, amma Bakıya həyatda yaşanan ən ali sevgim kimi yanaşmışam. Sevgi Tanrının ən qutsal dəyəri oldugu üçün çalışmışam ki, bu qutsallığı ona olduğu kimi çatdırım. Məsələn, mən heç vaxt bu şəhərdən ayrılıb başqa şəhərdə yaşamaram. Sözün düzü, heç yaşaya da bilmərəm. Hansısa bir üçün Bakıdan bir neçə günlük ayrılıb harasa gedəndə belə, ürəyim Bakının yanında qalır. Getdiyim yerdə qədər rahat olsam da Bakının nəvazişi, qayğıları üçün darıxmağa başlayıram. Bakıya o qədər bağlanmışam ki, hərdən düşünürəm: “Tanrı məni parametrlərimə, komplekslərimə görə bu şəhər üçün yaradıb. Məndən Paris, Roma,   İstanbul vətəndaşı olar. Paris vətəndaşı ya müasir parametrlərə uyğun dünyəvi vətəndaş da heç vaxt ola bilmərəm. Parisli ya dünyəvi vətəndaş hardan bilsin ki, Bakının özünəməxsus özəlliklərişərəfli tarixi, qənirsiz təbiəti, zəngin ədəbiyyatı, folkloru, mədəniyyəti, adət-ənənəsi, mətbəxi... var.

Parisi yaxşı tanıyıram. O vaxt ordan bir çör-çöp yığan gəlmişdi. Özü onu əsl azərbaycanlılara məxsus qonaqpərvərliklə qarşılayıb Şuşadadütdeyənə qədər yedirdib içizdirmişdilər. Parisdə var ki, çör-çöp olsun. Çör-çöp yığan parislidən babamız Mirzə Fətəli vaxtilə necə lazımdısa elə o cür bəhs etmişdi. Parisli hardan bilir ki, bizim şəhərdəNzs”, “Xırdalan”, “Efespivələrini noxudla, saçaqlı pendirlə içirlər. Bakının qutabından, paxlavasından bədahətən deyilən meyxanəsindən isə dünyanın heç bir şəhərində yoxdur.

Parisdə yaşasaydım, Akif  İslamzadəni, Şövkət Ələkbərovanı, Qulu Əsgərovu, Fatma  Mehralıyevanı, Hacıbaba Hüseynovu dinləməyəcəkdim. Məmməd Arazdan, Xəlil Rza Ulutürkdən, M.H.Şəhriyardan, İsa Muğannadan, Mir Cəlal Paşayevdən,Vaqif Bayatlıdan, Ramiz Rövşəndən xəbərim olmayacaqdı. Qədir Rüstəmov, Canəli Əkbərov, Aşıq Ədalət Nəsibov, Məhərrəm Qasımlı, Buludxan Xəlilov,Rəşad Məcid, Ramiz  Əskər, Firudin Cəlilov, Söhrab Tahir kimi ustadlarla salam-əleykum olmazdı. Bakı mənə xeyli sayda yaxşılıqlar edib, dəyərli ziyalıları tanıtdırıb. Bakının qadasını alım...

Bu mevsimde vitirinleri az sulu

raki gibidir bu sehirin

Her adımın yalnızlıga uzanir

Yinede hızlı atılır adımlar

Koşulur bu sokaklarda

Herkes kendi türküsünü söyler

yüzünü buruşturarak

Herkes kendi hikayesini en acıklı sanır”.

(Abdullah Özdoğan)

Bəxtimə bax e: Allahın Sovet vətəndaşı da ola bilmədim.”Lenin baba” – deyə-deyə pioner həyatı da yaşayammadım. Uşaq vaxtı valideynlərimə qırmızı pioner qalstuku aldırsam da, onu bircə gün belə geyinəmədim. Yaxşı ki  geyinməmişəm...

İndi anlayıram (səhv anlamıramsa) ki, Tanrı məni çox istəyir. O qırmızı şovinistlər Bakımın başına çox oyunlar açıb. Altından vurub, üstündən çıxıblar...

Gözümü qayım-qədim oğuz türklərinin yuva qurub, yurd saldığı indi Ermənistan adlandırılan məmləkətin Calaloğlu mahalında açmışam. Məlum hadisələrdən sonra – 1988-ci il deportasiyası zamanı yüzminlərlə soydaşlarımız kimi biz ailəlikcə öz dədə-baba yurd yerlərimizdən ayrıldıq. Sonra bütün həyatımızı köklü-köməcli Bakıya bağladıq. Lap çocuq vaxtımdan qürbətə atıldım, yurdsuzluğ ağrısı çəkdim. Azərbaycan RadiosundaYurd yeriverilişinin aparıcısıyam. Verilişə yurd həsrətli şairləri, yazıçıları, xanəndələri dəvət edib onlarla birlikdə yurda qayıdıram. HamıdanYurd yerini xəbər alıram. Mənim yurd yerimi isə xəbər alsalar mən bu barədə yazsam ,danışsam bir az uzun çəkər. Necə deyərlər, “bu xəmir çox su aparar”. Necə ola bilər ki, bu şəhərdə yaşayım, oxuyub ali təhsil alım, -əmək fəaliyyətimə başlayım Bakı məni jurnalist eləsin, amma Bakı haqqında bir cümlə belə yazmayım.

Bakı qəribə taleli şəhərdi. Bu yaşına kimi sinəsində odlar qalanıb, başına o qədər gün döyüb gəl görəsən. Ya da tərsinəyel vurub, yengələr oynuyub. Bakı gözünü açandan o qədər qırğınlar, fəlakətlər, ağrılar, acılar görüb ki, adam bilmir, hansını desin. Birini deyirsən, biri qalır. Bu şəhər bu yaşına kimi nələri görməyib, kimlərə yoldaşlıq etməyib, onu bir Allah bilir...

Bakının dədə-baba yadigarı Qız Qalasıdır. Bu qalanın Bakıya xeyli xeyri dəyib. Qoca tarixi vərəqləsək, görərik ki: 1232-1235-ci illərdə Bakını dəniz tərəfdən qorumaq məqsədi ilə buxta daxilində möhkəmləndirilmiş qala tikildi. Şirvanşahlar Xəzər dənizində güclü donanma yaratdılar. Sonra XIII əsrin 30- cu illərində monqollar Bakıya hücum edib, uzunmüddətli mühasirədən sonra şəhəri aldılar. Bakıya Xəzər, Slavyan, Bizans, Çin, İraq, Suriya, Venesiya, İran, Hindistan tacirləri gəlib buradan Həştərxana, Orta Asiyaya Xəzərin cənub sahillərinə mal daşıdılar. 1918-ci ilin 30 martından aprelin 2- kimi bolşeviklər Bakıda minlərlə insan qətlinə fərman verdi. Ziyarətgahları yandırıb, əhalinin əmlakını müsadirə etdi. Kütləvi qırğınlar zamanıTəzəpirməscidi aramsız top atəşinə tutuldu, memarlıq abidəsiİsmailiyyəbinası yandırıldı. Bakı bunlara dözdü.

Bakımın yaşadığı faciənin üstündən bu il 96 il ötdü. İndi hər bir faciəsi haqqında yazsaq, danışsaq, onda gərək meşələr qələm, dəryalar mürəkkəb ola. Hamılıqca Bakının qeydinə qalmalıyıq. Onu hətta yağışdan, qardan, küləkdən  qorumalıyıq. 

 





05.05.2014    çap et  çap et