525.Az

Özü kimi olmaq hüququ


 

ELÇİNİN “ARZULAR, HƏYAT, ƏDƏBİYYAT” KİTABI HAQQINDA DÜŞÜNCƏLƏR

Özü kimi olmaq hüququ <b style="color:red"></b>

Bu günlərdəTəhsilnəşriyyatı Azərbaycan Xalq yazıçısı Elçinin müxtəlif illərdə yazdığı məqalə, esse, müsahibələrinin toplandığıArzular, həyat, ədəbiyyat” (“Meçta, jizn, literatura”) kitabını çap edib. Tanınmış yazıçı-publisist, millət vəkili Elmira Axundovanın kitab haqqında düşüncələriKaspiqəzetində dərc olunub. Maraqlı olacağını nəzərə alıb, həmin yazını tərcümə edərək oxucularımıza təqdim edirik

 

İkinci yazı

  

 

 

İllər ötür, mövzular, istiqamətlər, ideologiyalar dəyişirdi. Amma Elçində bir məqam dəyişməz qalırdı. Bu, əsl yazıçının Azərbaycan ədəbiyyatının bu günü gələcəyi ilə bağlı narahatlığı idi.

 

Yaxşı yadımdadır, mən artıqLiteraturnaya qazetanın xüsusi müxbiri kimi Elçini müsahibə verməyə razı salmaq üçün sözün həqiqi mənasında xahiş eləyə-eləyə qalmışdım (O vaxtlar o, müasir ədəbi proseslərdən bir qədər uzaqlaşmışdı. Belə ki, artıq bir il olardı, ölkənin bütün humanitar sahəsi onun kurasiyasında idi. Müsahibə üçün vaxtı gəzirdi). Amma nəhayət, o, sevimliLiteraturka üçün istisnalıq etdi Keçid dövrünün komediyaları dramları” (1994- il) adlı müsahibə-söhbət işıq üzü gördü. Yeri gəlmişkən, həmin müsahibə haqqında yazdığımız ədəbi-tənqidi məqalələr toplusuna daxil edilib. Həmin söhbətdə o vaxt cəmiyyəti narahat edən xeyli məsələlərə toxunulub: keçid dövrü hadisələrinin işıqlandırılmasında müasir ədəbiyyatın rolu əhəmiyyəti, cəmiyyətin mənəvi həyatının durumu, mürəkkəb proseslərdə ziyalıların yeri, postsovet məkanında baş verənlər, keçmişə münasibət s. Bu söhbət yazıçını yenidən sevimli qəzetinə qaytardı, ardı-arası kəsilməyən məktublara rəylərə zəmin yaratdı...

 

Sözün, ədəbiyyatın taleyini düşünən  yazıçı-patriot buərazidənarahatlıq doğuran, bəzi hallarda isə neqativ proseslər baş verdiyi bir zamanda heç cür kənarda qala bilməzdi. budur, artıq XXI yüzillikdə yazıçı özünəməxsus prinsipiallıq qətiyyətlə Azərbaycanda gedən ədəbi prosesləri təhlil etmək bizimDanimarka krallığındanəsə yerində deyil, nəsə düz getmir kimi hökmlərini çıxarmaq üçün yenidən qələmə sarılır. Azərbaycan ədəbiyyatı daha çoxVaysman xəstəliyi (Afaq Məsudun hekayələrindən birinin qəhrəmanı) meyllənib. “ƏdəbiyyatımızınVaysman xəstəliyiməqaləsi bir neçə il sonra dərc olunanAzərbaycan ədəbi prosesində baş verir?” adlı irihəcmli məqalə-monoqrafiya istedadlı ədəbi qüvvələrin canlanmasına birləşməsinə rəvac verməklə bütün ədəbi ictimaiyyəti sözün həqiqi mənasında silkələdi.

 

Prinsipcə, Elçinin yazıları da elə bu məqsədi güdürdü. Keyfiyyətli əsərlərin sözün həqiqi mənasında diletant, aşağı əyarlı məhsullar dəryasında boğulduğu müasir ədəbi prosesin bu kədərli mənzərəsini təhlil edərək Elçin birbaşa öz qələm yoldaşlarına müraciət edir: bu gün üzərinizə  gələn istedadsızlar ordusu qarşısında çəkinməyin, “bozluğuntəsirinə uymayın. Qrafomanlığa qarşı tutarlı peyvənd kəşf olunmayana qədər peşəkar tənqidin missiyasıədəbiyyatın havasını təmizləməkdənibarət olmalıdı. Əlləri yuxarı qaldırıb təslim olmaq olmaz, bayağı, bulantıq axına, bəsit mədhiyyələrə, saxta, boğazdan yuxarı sözlərə qarşı getmək lazımdı. Bu səbəbdən Elçin yekunda yeni, istedadlı nəsillə əl-ələ verib ədəbi prosesləri ağır vəziyyətdən çıxarmağa, öz peşəkar həmkarlarını ədəbi tənqidə qayıtmağa çağırır.

 

Bu çağırışın şəxsən mənim özümü necə ilhamlandırdığı yaxşı yadımdadı. Sanki mən özüm hansısa andailkinpeşəmiədəbiyyatşünaslığı ədəbi tənqidi xatırladım. Məhz bundan sonra yenidən qələmimdən məqalələr resensiyalar çıxmağa başladı. Amma etiraf edim ki, mən yalnız istedadlı müəlliflərin əsərləri haqqında yazırdım. Bu mənada, Elçinə həsr etdiyim özunun yüksək qiymət verdiyi bir neçə məqaləm çıxdı. Amma bununla belə, mənim yazılarımdan biri hansısa aqressiv qrafomana həsr olunmuşdu mənim onunyaradıcılığıhaqqında çox neqativ bir rəyimdən sonra (məqalə həminyazıçınınəsərlərinin dərc olunduğuExoqəzetində çıxmışdı) ciddi qəzetlər öz qapılarını onun üzünə bağladılar. Bəli, Elçin tamamilə haqlıdı gənc peşəkar tənqidçilər ondan nümunə götürməlidirlər. Bizim ədəbiyyatı yalnız xalturaya qarşı prinsipiallıq dözümsüzlük nümayiş etdirməklə xilas etmək olar. Elçinin yazdığı kimi, “ədəbiyyata can yandırmaq o deməkdir ki, gərək hər şeyi öz adıyla çağırmağı bacarasanyaxşıya yaxşı dediyin kimi, eynən o şəkildə zərərli olana da zərərli deyə biləsən”.

 

lll

 

... Son illər müasir ədəbi tənqidin ən əlamətdar, novator nümunələrindən biri yazıçı Elçinin yazıçı-tərcüməçi Yaşarın suallarını cavablandırdığıƏdəbiyyat söhbətidi. Yığcam kitab həcmində olan dolğun müsahibə, həqiqətən özündə Şekspir genişliyi mövzu hüdudsuzluğu ehtiva ediryazıçının formalaşmasında mühitin rolu bədii əsərin insan taleyində rolu, “totalsöz azadlığı dönəmində bədii dəyərlərin aşağı düşməsi, sənətkar senzura, sənətkar hakimiyyət münasibətləri kimi əzəli əbədi mövzu, ədəbiyyat internet, teatrın klassik kitab mədəniyyətinin gələcəyi, dünya ədəbiyyatı, bədii tərcümənin problemləri xeyli sayda digər məsələlər.

 

Elçin , Yaşar da həddən ziyadə çox oxumuş adamlardı, dünya ədəbiyyatının ən yaxşı nümunələrininözü klassika ilə yanaşı, həm modern ədəbiyyatın mükəmməl biliciləri dəyərvericiləridi. Odur ki, bu, həqiqətən iki bərabərhüquqlu iştirakçının söhbətidi bu fikirləri oxuyarkən bəzən istər-istəməz sanki özün bu söhbətin iştirakçısına çevrilirsən. Sən gözlərin önündə maraqlı fikirlərin necə yarandığının sanki canlı şahidi olursan Yaşarı narahat edən suallara dolğun, orijinal cavablardan sözün həqiqi mənasında həzz alırsan. Elçinin cavabları yalnız tutarlı olmaqla kifayətlənmir, bu cavablar kifayət qədər dəlil-sübutludu, yazıçıların, şairlərin, tənqidçilərin, əsərlərin adlarıyla, ədəbi iqtibaslarla reminissensiyalarla zəngindi. Bu söhbət idrakın ruhun əsl təntənəsi, “ədəbiyyat qurmanlarıüçün əsl bayramdı. Bütün bunlarla yanaşı, bu söhbətin əsas özəlliyi ədəbində ziyasındadı .

 

... Nəhəng erudisiyasından savayı Elçində əsl yazıçıya xas çox əlamətdar bir xüsusiyyət var o, tərəddüd tərəfdarıdı. Elə bu mükəmməl söhbətin əvvəlində olduğu kimi, sonunda da o, yenidən öz tərəddüdünü ifadə edir: görəsən, bu sırf ədəbi dialoqdan kimsə nəsə götürə biləcəkmi? Məncə, söhbətə ön sözündə Yaşar bu sualın çox dəqiq cavabını verə bilib: “İnanıram ki, bu kitab əlinə qələm alan neçə-neçə yazarın, həmçinin, neçə-neçə oxucunun ədəbi zövqünün formalaşmasına xidmət edəcək, ona böyük ədəbiyyata gedən yolda, bələdçi olacaq...” Öz tərəfimdən isə əlavə edərdim ki, bu cürədəbi master-klasslarböyük Sözə məhəbbətin aşılanması üçün bizim ali məktəblərin filologiya jurnalistika fakültələrində tədris olunmalıdır.

 

 

lll

 

Ədəbi-tənqidi yazılardan ibarət toplu Elçinin bütün həyatı boyu eskizlər şəklində qələmə aldığı qeydlərlə yekunlaşır. Yadımdadı, Elçinin ədəbi gündəlikləriylə tanışlıqdan sonra mən (neçənci dəfə!) onun ədəbiyyat sahəsindəki hərtərəfliyinə həqiqi mənada ensiklopedik təfəkkürünə heyrət etdim. Etiraf edim ki, mütaliəni sevən günü bu günəcən kitab əlindən düşməyən bir oxucu kimi bu gündəliklərin oxunuşu zamanı mənə az tanış olan, yaxud heç tanımadığım imzalarla rastlaşırdım. Görkəmli hətta sevimli imzaları isə (elə həmin Tolstoy, Çexov, yaxud Cəlil Məmmədquluzadə) Elçinin sayəsində yenidən, bəzən tamamilə gözlənilməz tərəfdən kəşf edirdim.

 

Son 10-15 ildə biz daha az oxuyuruq: işlərin məsuliyyətin artması, vəzifənin tələb etdiyi xeyli sayda dövrü mətbuatı izləmək zərurəti, üstəgəl İnternetdən hər gün boylanan operativ informasiyalar porsiyası ciddi, düşündürücü mütaliəyə demək olar ki, vaxt qoymur. Bu mənada, bütün şüurlu həyatı boyu özünün əsas mənəvi sərvətindən, kitabdan bir gün belə ayrı qalmayan Elçin nümunəsi heyrətamiz ibrətamizdi. Onun gündəlik qeydlərini təkrar-təkrar oxuduqca, qeyri-adi mənəvi rahatlığa, nura büründüyünü, Ədəbiyyat adlı böyük əbədi aləmə toxunduğunu hiss edirsən. Yazıçı Elçin personajlara, əsərlərə, həmçinin, bu personajları, bu əsərləri yaradan öz mənəvi sələflərinin ölməz adlarına məhz bu cür böyük hərflərlə, sonsuz hörmət məhəbbətlə yanaşır.

 

ElçininZaman Sözkitabında toplanan mini-esselər müxtəlif illərdə yazılıb: bəziləri sovet dönəmində, bəziləri yenidənqurmanın qarışıq illərində, aralarında son illərin qeydləri var. Elçin özü girişdə yazır ki, aradan uzun illər keçdiyindən bu ya digər həyat, ədəbiyyat, incəsənət hadisələriylə bağlı onun təsəvvürləri dəyişsə , qeydlərinimüasirləşdirməkistəməyib onları oxucuların mühakiməsinədaranmamışqiyafədə təqdim etməyi üstün tutub. Amma bununla belə, burada bir məqam heyrətamizdi: bu esselərə rəğmən deyə bilərik ki, təxminən yarım əsrlik yazıçılıq fəaliyyəti dövründə Elçinin ədəbi zövqü şövqü dəyişməz qalıb. Buna daha bir bariz nümunə: o, sovet dönəmində vulqar proletar ideologiyaya tamamilə yabançı idi, o, sovet dönəmində sovet konyukturasını rədd edirdi, rədd edirdi oradan çox-çox uzaqlarda dayanıb ədəbiyyatı özünün misilsiz ədəbi zövqüylə hiss edirdi.

 

Ümid etmək istərdim ki, Elçinin iki dildə dərc olunan dərin məzmunlu esseləri qürurla özünüyazıçıadlandıran gənc ədibləri ciddi, düşündürücü mütaliəyə sövq edəcək. Çünki Elçinin kitabı özündə məhz belə, peşəkar mütaliəni ehtiva edən gözəl örnəkdi. Yeri gəlmişkən, Elçinin öz kitablarını, işlərini, məqalələrini əsasən iki dildəAzərbaycan rus dillərində dərc etməyə üstünlük verir (uzaq xaricdə dərc olunan kitablar nəzərdə tutulmur) bu da məlum olduğu kimi, respublikamızda kifayət qədər rusdilli insan olduğundan Elçinin oxucu auditoriyasının artmasına zəmin yaradır.

 

Bədii sözün sirri üzərində düşünərkən Elçin belə bir qənaətə gəlir: zaman hər şeyi keçmişə döndərir, onun qarşısında bütün incə sənətlər gücsüzdü... Ya da təxminən bütün... Çünki yazıçının qənaətincə, “zaman kitab qarşısında gücsüzdü”. “Bəlkə elə Söz Zaman deməkdi?” Elçin sual edir. Yəqin ki,  belədi. Həqiqətən axı, əzəl başdan Söz idi. Sözün sirlərinə bələd olduqca, Sözün gözəlliyinə sehrinə varid olduqca insan Yaradana daha da yaxınlaşır. Yəqin Sözün ilahi məğzinin sirri-xudası da elə bundadı Elçinin gözəl kitabı bu zaman sanki Sözün himni kimi səslənir.

 

vaxtsa bu resenziyanın müəllifi ilə söhbətlərindən birində mənimSizi bu qarışıq keçid dövründə hansı mənəvi dəyərlər qoruyursualıma Elçin belə cavab verdi:

 

Bu barədə düşünərkən bəzən pessimizmə qapılır, hətta təlaş keçirirəm. Ən qədim əyyamlardan üzü bəri ədəbiyyatmüdriklik, xeyirxahlıq, əbədiyyətlik toxumları səpib”. Xeyirlə şərin əzəli mübarizəsində yazıçı təbii ki, Xeyirin yanında olub. Dünya ədəbiyyatı Homer, Şekspir, Füzuli, Höte, Tolstoy kimi nəhənglər yaradıb. Soruşa bilərsiz, nədən təlaş keçirirəm? Axı bu yer üzündə heç dəyişməyib. xeyirlə şərin döyüşünün sonu görünmür. Ədəbiyyat öz-özlüyündə dünyada, yaxud da insan xislətində nəyisə dəyişmək iqtidarında deyil. Məni məyus edən budu. Amma digər tərəfdən bir anlığa təsəvvür edin ki, bu yer üzündə Homer, Nizami, Şekspir var. Onda olardı? Zülmət, boşluq, uçurum! Bilirsiz, həyatımın ən ağır dönəmlərində nədənsə, Don Kixotu yada salır yüngülləşirəm. Bəli, ədəbiyyat bütün bəşəriyyəti xilas etmək gücündə deyil, amma bir insana köməyi dəyə bilər. Bu isə razılaşın ki, az deyil...”

 

Bizim həmin o söhbətin üstündən düz iyirmi il vaxt keçib. mən şadam ki, Elçin məşhurluq, şöhrət, uğurlu karyera sınaqlarından keçərək, gəncliyinin ədəbi prinsiplərinə, Sözə xidmət kimi bu əsas coşqun məramına sadiq qalıb. Özünün şəxsi etirafına görə, yazmaq tələbatı onun üçünyaşamaqsözüylə sinonimdi. qədər ki, belədi, Azərbaycan ədəbi proseslərinin gələcəyinə olan inam ümidsiz görünmür...
 





05.05.2014    çap et  çap et