Ukraynanın şərqində keçirilən antiterror əməliyyatı zamanı 30-dan çox terrorçu öldürülüb.
APA-nın məlumatına görə, bu barədə özünün “Facebook” səhifəsində Ukraynanın daxili işlər naziri Arsen Avakov yazıb.
“Biz 4 nəfəri itirmişik, 20 nəfər yaralımız var. Terrorçulardan isə 30 nəfər öldürülüb, onlarla yaralı var. Onların arasında xeyli sayda krımlı var, rusları da görmək olar. Bu gün çeçenlər də olub”, - deyə o vurğulayıb.
çap et