525.Az

Respublika fənn olimpiadalarına elektron qeydiyyat bu gün yekunlaşır


 

Respublika fənn olimpiadalarına elektron qeydiyyat bu gün yekunlaşır<b style="color:red"></b>

Respublika fənn olimpiadalarında iştirak üçün elektron qeydiyyat prosesi bu gün yekunlaşır.

Bu barədə 525.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, şagirdlər portal.edu.az platforması üzərindən qeydiyyatdan keçərək “Müsabiqə və olimpiadalar” bölməsində müvafiq elektron xidmətdən faydalana bilərlər.

Dekabrın 25-dən 30-dək olimpiadada iştirak edənlərin imtahan mərkəzləri üzrə yerləşdirilməsi, 2022-ci il yanvarın 5-dən 10-dək isə buraxılış vərəqələrinin yüklənməsi prosesi həyata keçiriləcək.

IX, X və XI sinif şagirdlərini əhatə edən bu elm yarışında xüsusi istedada malik 8-ci sinif şagirdlərinin iştirakına da icazə verilir. Onların qeydiyyatı elektron formada deyil, yerli təhsil idarəetmə orqanlarının Təhsil İnstitutuna müvafiq təqdimatı əsasında həyata keçirilir. Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin 2022-ci ilin yanvar ayının ikinci yarısında keçirilməsi planlaşdırılıb.

 





20.12.2021    çap et  çap et