525.Az

Azad edilmiş ərazilərdə ötən həftə 20 mina aşkarlanıb


 

Azad edilmiş ərazilərdə ötən həftə 20 mina aşkarlanıb<b style="color:red"></b>

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan 525.az-a bildirilib ki, dekabrın 13-dən 18-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 2 piyada əleyhinə mina, 18 tank əleyhinə mina və 166 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 108.5 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

 





20.12.2021    çap et  çap et