525.Az

Ombudsman Füzuli və Zəngilanda faktaraşdırıcı missiya həyata keçirib


 

Ombudsman Füzuli və Zəngilanda faktaraşdırıcı missiya həyata keçirib<b style="color:red"></b>

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən işğal dövründə dağıdılmış qəbiristanlıqlarla bağlı faktaraşdırıcı missiyalar həyata keçirir. Faktaraşdırıcı səfərlərin əsası məqsədi 30 ilə yaxın müddətdə işğal altında olmuş Azərbaycan torpaqlarında Ermənistan tərəfindən azərbaycanlılara məxsus qəbirlərin qəsdən dağıdılması hallarını monitorinq etmək, mövcud hüquq pozuntularını müəyyən edərək beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdır.

Ombudsman Aparatından 525.az-a verilən məlumata görə, Səbinə Əliyeva ilk faktaraşdırıcı missiyanı işğaldan azad olunmuş Füzuli şəhərində və rayonun Qaraxanbəyli, Dədəli, Kürdlər kəndlərindəki qəbiristanlıqlarda həyata keçirib. Monitorinq zamanı həmin qəbiristanlıqların kütləvi olaraq dağıdıldığı aşkar edilib.

Ombudsman tərəfindən növbəti faktaraşdırıcı missiya Zəngilan rayonunda davam etdirilib. Faktaraşdırıcı missiya çərçivəsində Zəngilan rayonunda dağıdılmış Məmmədbəyli və Ağalı kənd qəbiristanlıqlarına baxış keçirilərək, sübutlar toplanılır.

Faktaraşdırıcı missiya çərçivəsində o da müəyyən edilib ki, beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn normalarını pozan Ermənistan tərəfindən işğal dövründə həmin qəbiristanlıqlardakı məzarlar dağıdılmaqla yanaşı, həmdə ərazi minalanmışdır.

Qeyd edək ki, Ombudsman tərəfindən faktaraşdırıcı missiyalar çərçivəsində toplanmış materiallar əsasında hesabat hazırlanaraq, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlara təqdim ediləcəkdir.

 

 





20.12.2021    çap et  çap et