525.Az

Bu il Azərbaycan elektrik enerjisinin ixracını artırıb


 

Bu il Azərbaycan elektrik enerjisinin ixracını artırıb<b style="color:red"></b>

Bu ilin yanvar-noyabr ayları ərzində elektrik enerjisinin ixracı 1 milyard 389,5 milyon kVt/saat olub.

525.az-ın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə bu ilin 11 ayı üzrə elektrik enerjisinə dair operativ məlumatlarında deyilir.

Bildirilir ki, bu, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 400,5 milyon kVt/saat çoxdur.

Bu dövrdə elektrik enerjisinin idxalı 141 milyon kVt/saat olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 15,3 milyon kVt/saat artıb.

 





21.12.2021    çap et  çap et