525.Az

Qırğızıstan Prezidenti Azərbaycana səfər edəcək


 

Qırğızıstan Prezidenti Azərbaycana səfər edəcək<b style="color:red"></b>

“Azərbaycan və Qırğızıstan arasında Strateji tərəfdaşlıq haqqında saziş üzərində iş gedir”.

525.az xəbər verir ki, bunu bu gün Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev 2021-ci ildə ikitərəfli münasibətlərdə cari ilin yekunlarına və Qırğızıstan-Azərbaycan əməkdaşlığının inkişaf perspektivlərinə həsr olunmuş mətbuat konfransında bildirib.

Səfir deyib ki, noyabrın 12-də Türk Dövlətləri Təşkilatının sammiti çərçivəsində iki ölkə prezidentlərinin görüşü keçirilib: “Gələn ilin aprel-may aylarında Qırğızıstanın Prezidentinin Azərbaycana səfəri gözlənilir. Bu səfər zamanı Strateji tərəfdaşlıq haqqında saziş də imzalanacaq”.

 





21.12.2021    çap et  çap et