525.Az

"Azərbaycanla avtomobil yollarını da bərpa edə bilərik”


 

"Azərbaycanla avtomobil yollarını da bərpa edə bilərik”<b style="color:red"></b>

Ermənistanın  baş naziri Nikol Paşinyan Azərbaycanla avtomobil yollarının bərpasının mümkünlüyü barədə danışıb. 

525.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Tbilisidə Gürcüstan-Ermənistan Hökumətlərarası Komissiyasının iclasında çıxışı zamanı deyib.

Paşinyan, Azərbaycan Prezidenti İlham Əliyevlə 26 noyabrda Soçidə və 14 dekabrda Brüsseldə keçirilən görüşlərin nəticəsinə əsasən, tərəflərin avtomobil əlaqəsini bərpa edə biləcəyini bildirib. Onun sözlərinə görə,  bu proses regionda yeni infrastruktur layihələrinin yaranmasına gətirib çıxaracaq.

N. Paşinyan dəmir yolu xəttinin açılması üçün Azərbaycan Prezidenti ilə prinsipial razılıq əldə olunduğunu da qeyd edib. O, Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolu xəttinin yaxın 2-3 il ərzində istifadəyə verilə biləcəyini vurğulayıb.

 





21.12.2021    çap et  çap et