525.Az

Bakıda "Qoç ət" restoranında yanğın söndürülüb - Yenilənib


 

Bakıda "Qoç ət" restoranında yanğın söndürülüb - <b style="color:red">Yenilənib</b>

Bakıda restoranda baş verən yanğın söndürülüb.

525.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, “112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsində binada yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb. İlkin məlumata əsasən, binanın havalandırma qurğusunda yağ qalıqları yanıb.

***

Bakıda restoran yanır.

525.az-ın məlumatına görə, Binəqədi rayonu ərazisində yerləşən “Qoç ət” restoranında yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri və yanğınsöndürən texnikası cəlb edilib.

Hazırda yanğının lokallaşdırılması istiqamətində işlər görülür.

 





22.12.2021    çap et  çap et