525.Az

Su çiçəyinə qarşı peyvənd nə vaxt aparılacaq?


 

Su çiçəyinə qarşı peyvənd nə vaxt aparılacaq?<b style="color:red"></b>

“Su çiçəyinə qarşı hazırlanan vaksin hələ təkmilləşmə dövrü keçir".

“Azərbaycanda su çiçəyi xəstəliyinə qarşı vaksinin tətbiqi məsələsi yaxın zamanlarda həll ediləcək. Çox güman ki, ölkəmizdə 12-ci yoluxucu xəstəliyə qarşı peyvənd su çiçəyi ilə bağlı olacaq”.
 
Bunu Ailem.az-a respublikanın baş pediatrı, K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev bildirib. O qeyd edib ki, hazırda dünya alimləri bu vaksin üzərində iş aparır və onu təkmilləşdirməyə çalışırlar: “Su çiçəyinə qarşı hazırlanan vaksin hələ təkmilləşmə dövrü keçir. Bu vaksin o dərəcədə təkmilləşdirilməlidir ki, onunla bağlı heç bir problem yaranmasın. Çünki bəzən su çiçəyinə qarşı edilən peyvəndlərdən fəsadlaşmalar baş verir. Azərbaycanda su çiçəyinə qarşı elə bir peyvənd növü tətbiq edilməlidir ki, onun fəsadlaşma reaksiyası olmasın”.
 
 
N.Quliyevin sözlərinə görə, su çiçəyi xəstəliyinə ilin istənilən fəslində rast gəlmək mümkündür. Bunun səbəbi həmin xəstəliyə qarşı peyvəndləmə işlərinin aparılmamasıdır: “Bəzi ölkələrdə bu xəstəliyə qarşı peyvəndləmə həyata keçirilir. Lakin Azərbaycanda, eləcə də Avropanın bir çox ölkələrində su çiçəyinə qarşı peyvənd tətbiq edilmir”.
 
 
Qeyd edək ki, su çiçəyi yoluxucu xəstəlikdir və hava-damcı yolu ilə keçir. Xəstəliyi herpetik viruslardan biri törədir. Artıq dünyada su çiçəyinə qarşı da peyvəndləmə işlərinin aparılmasına başlanılıb. Statistikaya görə, xüsusən Amerika Birləşmiş Ştatlarında su çiçəyi peyvəndi tətbiq edilməyənədək il ərzində 100-ə yaxın insan bu xəstəlikdən dünyasını dəyişirmiş.
 
Mütəxəssislərin sözlərinə görə, su çiçəyi xəstəliyinin böyük ağırlaşmaları ikincili infeksiyaların qoşulması nəticəsində yaranan baş-beyində ensepalit, miningit xəstəlikləri, ağciyər xəstəlikləri olan plevmaniyalar, plevritlərdir. Bu xəstəliklərin əmələ gəlməsi bağırsaq qanaxmalarına qədər gətirib çıxara bilən ağırlaşmalar ölümlə nəticələnə bilir. Bəzi ölkələrdə bir çox viruslu xəstəliklər kimi su çiçəyinə qarşı da peyvəndlər hazırlanıb və tətbiq edilir. Vaksinlər xəstəliklərin və ölüm səbəblərinin qarşısını alır, həm də insanların su çiçəyini yüngül şəkildə keçirməsinə şərait yaradır.

 





06.05.2014    çap et  çap et