525.Az

Fəallar Donetskin Debaltsevo Şəhər Şurasını ələ keçiriblər


 

Fəallar Donetskin Debaltsevo Şəhər Şurasını ələ keçiriblər<b style="color:red"></b> Rusiyayönümlü fəallar Ukraynanın Donetsk vilayətinin Debaltsevo Şəhər Şurasını ələ keçiriblər.

Trend-in çərşənbə axşamı "RBK-Ukrayna" saytına istinadən verdiyi məlumata görə, Debaltsevo ərazisindən Rusiyadan və əks istiqamətdə dəmiryol daşımaların böyük hissəsi keçir.

Rusiyayönümlü fəalların təzyiqi altında Şəhər Şurasının deputatları mayın 11-nə təyin edilmiş regionun statusu haqqında referendumu dəstəkləmək qərarına gəliblər.

Dinc yolla binanını ələ keçirənlər heç bir maneə ilə rastlaşmayıblar.
 





06.05.2014    çap et  çap et