525.Az

Heydər Əliyev Su təchizatı layihəsinin açılış mərasimi Pakistan mətbuatında


 

Heydər Əliyev Su təchizatı layihəsinin açılış mərasimi  Pakistan mətbuatında<b style="color:red"></b>

Mayın 4-də Pakistanın Dera İsmayil Xan rayonunda Heydər Əliyev Su təchizatı layihəsinin açılış mərasimi  Pakistan mətbuatında geniş işıqlandırılıb. 

525.az-ın məlumatına görə, Pakistanın ingilis dilli “The News”, “Pakistan Observer”, “Daily Times”, “Pakistan in the World” və urdu dilli “Express”, “Daily Pardez”, “Ausaf”  qəzetlərində, “DNA” Informasiya agentliyində və “Diplomatik Star” jurnalında nəşr edilmiş məqalələrdə Dera Ismayil Xan, Tank bölgəsinin Noranq təhsilində  Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri  Mehriban Əliyeva və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən  Beynəlxalq İnkişafa Yardım Agentliyinin  dəstəyi ilə inşa edilmiş  “Heydər Əliyev Su Təchizatı layihəsi”-nin təntənəli açılış mərasiminin  keçirildiyi bildirilib.

Tədbirdə çıxış edən Azərbaycan-Pakistan Parlamentlər arası dostluq qrupunun üzvü, Pakistan Parlamentinin sabiq sədr müavini Fəysəl Kərim Kundi  Heydər Əliyev Fondu tərəfindən Pakistanın  mütəmadi olaraq terrora məruz olan və iqtisadi inkişafdan geri qalan regionunda belə bir aksiyanın keçirilməsi faktını yüksək qiymətləndirərək, fondun Prezidenti Mehriban Xanım Əliyevaya ərazi sakinlərinin adından öz dərin minnətdarlığını bildirib.
 
Natiq Azərbaycan tərəfinin bu addımının əsl mənada dostluq və qardaşlıq münasibətinin göstəricisi olduğunu vurğulayıb. O, bildirib ki, Heydər Əliyev Su Təchizatı layihəsi, içməli sudan məhrum olan və daim təhlükə ilə üzləşən bölgə sakinləri üçün böyük bir dəstək mənbəyidir. Yazılarda, F.K. Kundinin Pakistan və Azərbaycan arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərindən danışdığı, 2013-cü ildə Azərbaycana səfəri zamanı ölkəmiz haqqında əldə etdiyi təəssüratlarını toplantı iştirakçıları ilə bölüşdüyü bildirilib.

Pakistan mediasında dərc edilmiş məqalələrdə qeyd olunub ki,  mərasimdə çıxış edən Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov  xalqlarımız arasında olan sarsılmaz münasibətlər barəsində ətraflı məlumat verib. Səfir Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin xatirəsinin Azərbaycan xalqı tərəfindən əbədi olaraq əziz tutulduğunu, ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev fondunun Ulu Öndərin Azərbaycanın inkişafı haqqında ideyalarını həyat keçirərək, ölkədə və xaricdə elm, mədəniyyət, səhiyyə və digər sahələrdə irimiqyaslı layihələr həyata keçirdiyini bildirib. Məqalələrdə Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci  xanımı Pakistan mətbuatında dərc olunan yazılarda Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində səhiyyə, təhsil və humanitar sahələrində silsilə humanitar yardımlar proqramının  icra edildiyi bildirib.
 
Məqalələrdə, Heydər Əliyev su təchizatı layihəsinin tikintisini həyata keçirən AIMS Inkişaf Qrupunun prezidenti Əhməd Kundi və bölgə sakinləri adından danışan Ecaz  mərasim iştirakçılarına  bu bölgədə  yüz illər boyu içkili su mənbəyinin mövcud olmadığını bildirmiş və  bölgə sakinlərinin içməli suya olan tələbatlarını əsasən uzaq məsafələrdə yerləşən gigiyenik normalara cavab verməyən yağış suları vasitəsi ilə  ödədiklərini  vurğulamışdır. Yeni quraşdırılmış  su layihəsi vasitəsi ilə on minlərlə kəndlinin nəhayət ki keyfiyyətli içməli su əldə etdikləri bildirib.

Məqalələrin tam mətni ilə aşağıdakı linklərdən tanış olmaq mümkündür:

“The News”  http://www.thenews.com.pk/Todays-News-2-248171-Azerbaijan-Foundation-launches-water-supply-scheme-in-Tank

“Daily Times” http://www.dailytimes.com.pk/national/06-May-2014/heydar-aliyev-water-supply-scheme-launched

“Pakistan in The World” http://www.pakistanintheworld.com/content/heydar-aliyev-water-supply-scheme-launched-kpk

“DNA ” İnformasiya Agentliyi   http://dnanews.com.pk/?p=30092

“Diplomatic Star” Jurnalı http://www.diplomaticstar.net/heydar-aliyev-water-supply-scheme-launched.html

 





06.05.2014    çap et  çap et