525.Az

“Türkiyə, Azərbaycan və Gürcüstan Ukrayna məsələsində həmfikirdir”


 

“Türkiyə, Azərbaycan və Gürcüstan Ukrayna məsələsində həmfikirdir”<b style="color:red"></b>

“Türkiyə, Azərbaycan və Gürcüstan Ukrayna məsələsində həmfikirdir”.

APA-nın Gürcüstana ezam olunmuş müxbiri xəbər verir ki, bunu Türkiyə prezidenti Abdulla Gül bu gün Tiflisdə keçirilən Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin sammitinin yekununa həsr olunan mətbuat konfransında deyib.
 
O bildirib ki, sammitdə Ukrayna mövzusu da müzakirə olunub və ortaq mövqe ortaya qoyulub: “Bizim əsas mövqeyimiz ərazi bütövlüyünün qorunması, toxunulmazlığıdır. Bu baxımdan Gürcüstan və Azərbaycan dövlətlərinin də ərazi bütövlüyünün bərpası və toxunulmazlığının tərəfdarıyıq”.

 





06.05.2014    çap et  çap et