525.Az

Bu il paytaxtda baş verən 169 yol qəzasında 39 nəfər ölüb


 

Bu il paytaxtda baş verən 169 yol qəzasında 39 nəfər ölüb<b style="color:red"></b>

Bu il paytaxtda baş verən yol qəzalarında 39 piyada ölüb.

APA-nın məlumatına görə, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi  Vaqif Əsədov bildirib.
 
V. Əsədov qeyd edib ki, cari ilin ilk dörd ayında paytaxtda piyadaların vurulması ilə nəticələnən 169 yol qəzası baş verib. Nəticədə 39 piyada ölüb.
 
Cari ilin may ayının 3-nə qədər paytaxt ərazisində yol hərəkəti haqqında qanunu pozan 225603 şəxs barəsində inzibati protokol tərtib edilib.
 
Hesabat dövründə 57140 piyada yol ayrıclarını düzgün keçmədiyinə görə barələrində inzibati protokol tərtib olunub.

 
 

 





06.05.2014    çap et  çap et