525.Az

Təhsil Nazirliyində iki yeni təyinat olub


 

Təhsil Nazirliyində iki yeni təyinat olub<b style="color:red"></b>

Təhsil naziri Emin Əmrullayevin əmri ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Eldar Orucov vəzifəsindən azad edilib.

525.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Eldar Orucov Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini vəzifəsinə təyinat alıb.

Təhsil nazirinin müşaviri Ülkər Səttərova isə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri təyin olunub.

 





28.12.2021    çap et  çap et