525.Az

Allahşükür Paşazadə Roma Papasını təbrik edib


 

Allahşükür Paşazadə Roma Papasını təbrik edib<b style="color:red"></b>

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Həzrəti İsa Məsihin Miladı bayramı münasibətilə xristian dünyasının liderlərinə təbrik məktubları ünvanlayıb.

Bu barədə 525.az-a QMİ-dən məlumat verilib.

QMİ sədri Moskva və Bütün Rusiya Patriarxı Kiril, Bütün Gürcüstan Patriarxı II İliya, Roma Papası Fransisk, Ekumenik Patriarx I Varfolomey, Süryani kilsəsinin patriarxı II İqnatius Afrem, Rumıniya patriarxı Daniel, Maroni kilsəsinin patriarxı Beşara Butrus Rayi, Antioxiya və bütün Şərqin Yunan Ortodoks kilsəsinin patriarxı Yohanna X Yazıcı və digər xristian liderlərinə təbrik məktubları göndərib.

A. Paşazadə yuxarıda adıçəkilən dini liderlərə mesajlarında təbriklərini dilə gətirərək Allah-Taalaya dünyada sülhün, insanlar arasında qarşılıqlı hörmətin və anlaşmanın bərqərar olması üçün dualar edib, dinlər və sivilizasiyalar arasında dialoqun və əməkdaşlığın müstəsna əhəmiyyətini vurğulayıb.

 





29.12.2021    çap et  çap et