525.Az

“Alov qüllələri”nin qarşısında qaz sızmasından partlayış olub, xəsarət alanlar var


 

“Alov qüllələri”nin qarşısında qaz sızmasından partlayış olub, xəsarət alanlar var<b style="color:red"></b>

Bakıda qaz sızmasından partlayış olub.

525.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Səbail rayonunda, “Alov qüllələri” hotelinin qarşısında qeydə alınıb.

Orada yerləşən sütunun içindən keçən qaz xəttində partlayış olub, nəticədə 2 nəfər xəsarət alıb.

Xəsarət alanlar təcili yardım briqadası tərəfindən xəstəxanaya aparılıb. Hadisə zamanı bir neçə avtomobilə də ciddi ziyan dəyib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.


 

 





30.12.2021    çap et  çap et