525.Az

“Təhsil dövlət siyasətinin prioritet istiqamətlərindən biridir”


 

 “Təhsil dövlət siyasətinin prioritet istiqamətlərindən biridir”<b style="color:red"></b>

​“Təhsil dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Çünki, təhsil hər bir dövlətin gələcəyidir. Azərbaycan dövlətinin təhsilə diqqət və qayğısı ölkədə insan kapitalı kimi çox önəmli milli sərvət yaratmağa hesablanıb. Hər bir ölkənin uğurlu gələcəyi təhsilin səviyyəsi ilə müəyyən olunur. Təcrübə göstərir ki, təbii ehtiyatların bolluğu dövlətin zənginliyinin əsas göstəricisi hesab edilmir. Əvəzində həmin ehtiyatları insan kapitalına çevirməyi bacaran ölkələr güclü və diktə edən tərəf olur. Məhz təbii ehtiyatların insan kapitalının formalaşmasına yönəldilməsi amilini vaxtında dəyərləndirən Prezident İlham Əliyev ötən illər ərzində Azərbaycanda təhsilin inkişafı üçün bir neçə qlobal əhəmiyyətli proqram-layihələrə imza atıb”.

Bu fikirləri 525.az-a açıqlamasında millət vəkili Tamam Cəfərova deyib. Millət vəkili bildirib ki, Prezident İlham Əliyev təhsilin bütün pillələrinə hər zaman diqqət və qayğı ilə yanaşır. Bu qayğını, son 10 ildə ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən işlərdə görmək mümkündür. Belə ki, bu dövrdə 2800-dən çox yeni məktəb tikilərək 1 milyondan artıq şagirdin təlim şəraiti yaxşılaşıb. 2021-2022-ci tədris ilində isə 22 məktəb tikinti və əsaslı təmir işlərindən sonra təhvil verilib. Əlavə olaraq 15 modul tipli məktəb quraşdırılıb. 2021-ci ilin sonuna kimi ümumilikdə 38 məktəb, o cümlədən 1 peşə məktəbi və 31 modul tipli məktəb istismara verilib. Təhsillə bağlı Dövlət proqramlarının uğurlu icrası artıq öz səmərəli nəticələrini göstərib: “Təhsilin inkişafına Heydər Əliyev Fondunun fəaliyyətini xüsusilə qeyd etməliyik. Beləki, ölkəmizidə təhsil infrastrukturunun yenilənməsində Birinci vitse-Prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu müstəsna rol oynayıb. Təhsilə dövlət qayğısı təhsil ocaqlarının maddi-texniki bazasının yüksəldilməsi ilə bərabər, onun keyfiyyətinin artırılması, məzmununun yenilənməsi, müəllimlərin peşəkarlığının yüksəldilməsi ön plana keçməsində də özünü göstərir”.

Tamam Cəfərova vurğulayıb ki, təhsilə dövlət qayğısının ən bariz örnəklərindən biri də 2022-ci ilin dövlət büdcəsində təhsilə ayrılan vəsaitin ötən ilə nəzərən daha da artırılmasıdır. Bu onu göstərir ki, Prezident İlham Əliyev ölkəmizdə təhsilin inkişafını hər zaman xüsusi diqqətdə saxlayır. Təhsil sahəsinə ayrılan vəsaitlərin hər il artırılması bu fikri bir daha təsdiq edir. Belə ki, növbəti tədris ili üçün dövlət sifarişi ilə təhsil alan tələbələrin sayında 2020-2021-ci tədris ili ilə müqayisədə 15 min 893 nəfər və ya 16,7 faiz artım nəzərdə tutulur. Bununla dövlət sifarişi ilə təhsil alan ümumi tələbə sayının 110 min 834 nəfərə çatdırılması planlaşdırılır. Beləliklə dövlət hesabına təhsil alan tələbələrin sayının cari illə müqayisədə 2569 nəfər artırılması, təqaüd alan tələbələrin sayının isə 12 mindən yuxarı rəqəmə çatdırılması nəzərdə tutulur: “Prezidentin təhsilə göstərdiyi diqqət bir neçə gün öncə imzaladığı sərəncamlarda da özünü bird aha göstərdi Beləki, “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərlərinin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında” Sərəncama əsasən, diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları orta hesabla 20 faiz, fiziki tərbiyə rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 30 faiz, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırılacaq.Həmçinin, 2022-ci il yanvarın 1-dən Dövlət ümumi təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları orta hesabla 20 faiz, fiziki tərbiyə rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 30 faiz, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırılacaq. Beləliklə, təhsil sektorunda orta aylıq əmək haqqı təxminən 25-30 faiz artaraq təxminən 600 manata çatacaq. Maaş artımlarına büdcədən əlavə 320 milyon manat vəsait ayrılacaq. Həmçinin, “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrin təqaüdlərinin artırılması dövlətin təhsilə və təhsilalanalra göstərdiyi diqqətin növbəti təzahürüdür. Bununla yanaşı onu da qeyd etməliyik ki, tələbələrin təqaüdlərinin artırılması tələbələrin təhsilə olan motivasiyalarını yüksəltməklə barəbər, onların sosial təminatının yaxşılaşdıırlması istiqamtində atılmış mütərrəqqi addıımlardan biridir.

İnsan amili, vətəndaşların sosial rifahının yüksəldilməsi dövlətimizin başçısının həyat amalıdır, ən başlıca vəzifə kimi qarşıya qoyulub və bu əməli fəaliyyətdə qəbul olunmuş qərar və sərəncamlarda öz əksini tapır. Prezident Azərbaycan xalqının xoşbəxt gələcəyinə, dövlətimizin inkişafına və beynəlxalq aləmdə tanınmasına çalışır. Xüsusilə təhsil sahəsində həyata keçirilən layihələr, imzalanan sərəncamlar yüksək təhsilli, mütərəqqi gəncliyin yetişməsinə dövlətin diqqətinin bariz nümunəsidir.

Həyata keçirilən layihələr və imzalanan sərəncamlar onu deməyə əsas verir ki, dövlət təhsilin inkişafı ilə bağlı üzərinə düşəni edir. Biz isə çalışmalıyıq ki, bu vəsaitlərdən səmərəli istifadə edərək, təhsilimizin inkişafına, dünya reytinqlərində irəliləməsinə öz töhfəmizi verək. Şübhəsiz ki, gələcək dünyada şərtləri, təhsili güclü olanlar diktə edəcək”.

 





30.12.2021    çap et  çap et