525.Az

Ceyhun Bayramov Azərbaycan xalqını təbrik edib


 

Ceyhun Bayramov Azərbaycan xalqını təbrik edib<b style="color:red"></b>

Xarici işlər naziri Ceyhun Bayramov 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edib.

525.az xəbər verir ki, Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri bu barədə özünün tviterdəki səhifəsində bildirib.

“31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqımızı səmimi qəlbdən təbrik edir və ən xoş arzularımı çatdırıram.

Yaşasın müstəqil, firavan, güclü Azərbaycan və Azərbaycan xalqı! Bayramınız Mübarək!” , - nazir qeyd edib.

 





31.12.2021    çap et  çap et