525.Az

Hacıqabulda zəncirvari qəza baş verib, ölən və yaralananlar var - Yenilənib


 

Hacıqabulda zəncirvari qəza baş verib, ölən və yaralananlar var -<b style="color:red"> Yenilənib</b>

Hacıqabul rayonunda zəncirvari qəzada ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.

525.az xəbər verir ki, hadisə 10 nəqliyyat vasitəsinin iştirakı ilə qeydə alınıb, nəticədə 1 nəfər ölüb, 14 nəfər yaralanıb.  Belə ki, Sabirabad rayon sakini, 1970-ci il təvəllüdlü Ələkbərov Cəlil Ələkbər oğlu hadisə yerində dünyasını dəyişib. 

Bakı şəhər sakinləri - 1982-ci il təvəllüdlü Vəliyeva Mahirə Vaqif qızı, 1968-ci il təvəllüdlü Həsənov Fəxrəddin İsmayıl oğlu, Sabirabad rayon sakinləri - 2007-ci il təvəllüdlü Ələkbərov Fəxri Cəlil oğlu, 2005-ci il təvəllüdlü Əliyev Xəyyam Əyyam oğlu, 1994-cü il təvəllüdlü Məmmədova Rüfanə Mehman qızı, 2019-cu il təvəllüdlü Həsənli Əsmər Həsən qızı, 1977-ci il təvəllüdlü Ələkbərov Elmir Ələkbər oğlu, 1998-ci il təvəllüdlü Həsənova Pərvin Zeyfun qızı, 2017-ci il təvəllüdlü Məmmədəli Səyid Ramil oğlu, 2015-ci il təvəllüdlü Məmmədəli Fidan Ramil qızı, 2016-cı il təvəllüdlü Məmmədəli Elmira Ramil qızı, 1970-ciil təvəllüdlü Həsənova Rəqiyyə Abdulhəsən qızı, 2010-cu il təvəllüdlü Ələkbərov Hüseyn Elnur oğlu və 1993-cü il təvəllüdlü Həsənov Həsən Mehman oğlu xəsarət alıblar. 

***

Hacıqabul rayonunda 20 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib, ölən və yaralananlar var.

525.az-ın məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun Şirvan şəhəri ilə Hacıqabul rayonu ərazisinin kəsişdiyi körpüdə qeydə alınıb.

İlkin məlumata görə, zəncirvari qəza zamanı 20 maşın toqquşub. Nəticədə 1 nəfərin öldüyü, 4 nəfərin isə xəsarət aldığı bildirilir. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 





01.01.2022    çap et  çap et