525.Az

Mübariz Pənahov ARDNŞ-də rəis müavini oldu


 

Mübariz Pənahov ARDNŞ-də rəis müavini oldu<b style="color:red"></b>

O, kollektivə bu gün təqdim olunub və işinə başlayıb

Sədərək gömrük-keçid məntəqəsinin keçmiş müdiri, “Laba” ləqəbli Mübariz Pənahov ARDNŞ Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub. Bu barədə azpolitika.info saytı xəbər yayıb.
 
Mübariz Pənahov “Qafqazinfo”ya faktı təsdiqləyib. O bidirib ki, kollektivə bu gün təqdim olunub və işinə başlayıb. Pənahov həmçinin məşğul olduğu sahənin dənizdə və quruda təhlükəsizlik xidmətini həyata keçirdiyini bildirib.
 
Qeyd edək ki, M. Pənahov 1994-2004-cü illər ərzində Naxçıvan Muxtar Respublikasının Sədərək gömrük-keçid məntəqəsinin rəisi vəzifəsində çalışıb.

 





08.05.2014    çap et  çap et