525.Az

İsraildə qeyri-adi hamiləlik qeydə alındı  - Foto


 

İsraildə qeyri-adi hamiləlik qeydə alındı  - <b style="color:red"> Foto</b>

 

İsraildə yaşayan Elle Ladovitch adlı qadın eyni anda iki ayrı bətndən uşaqlar dünyaya gətirib. 

525.az xarici mediaya istinadən xəbər verir ki, Ladoviç ultrasəs müayinəsini həyata keçirən həkimin az qala huşunu itirdiyini ifadə edərək, hamiləlik xəbərini ancaq 10 dəqiqəyə verə bildiyini deyib.
Mütəxəssislərin fikrincə, bu vəziyyətin əlli milyon hamiləlikdən birində baş vermə ehtimalı var.

Xəstəxanadan qeyd edilib ki, oğlan və qız olan əkizlər hamiləlik dövründə birlikdə böyüməyib, yalnız doğuşdan sonra bir-birləri ilə "tanış olublar". Hamiləliyi boyu sıx nəzarət altında olan anaya 35-ci həftədə keysəriyyə əməliyyatı aparılıb.

Qeyd edək ki, tibdə bu ikibuynuzlu uşaqlıq inkişaf qüsuru adlanır. Bu, orqanın cisminin ikiləşməsi, lakin, boşluğunun tam bölünməməsilə xarakterizə olunur.

El Roman

 





01.01.2022    çap et  çap et