525.Az

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib


 

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib<b style="color:red"></b>

Bakının Nizami rayonu ərazisində, Babək prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, qəza nəticəsində bir nəfər dünyasını dəyişib.
 
Babək prospekti ilə yüksək sürətlə hərəkət edən 10 UF 288 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil 10 DE 602 dövlət nömrə nişanlı VAZ-21011 markalı avtomobilə arxadan çırpılıb.
 
Toqquşmadan sonra "Mercedes" yol kənarındakı bardürlərə də dəyib və aşıb. Hadisə nəticəsində "Mercedes"in şəxsiyyəti hələ dəqiqləşdirilməyən sürücüsü dünyasını dəyişib.
 
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

 





08.05.2014    çap et  çap et