525.Az

Azərbaycanda sərnişindaşıma tarifləri bahalaşıb


 

Azərbaycanda sərnişindaşıma tarifləri bahalaşıb<b style="color:red"></b>

Bu ilin aprel ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 1,2% ucuzlaşıb, sərnişindaşıma tarifləri isə 0,1% bahalaşıb. “APA-Economics”in məlumatına görə, bu, Dövlət Statistika Komitəsinin məlumatında əks olunub.

Ötən ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 6,5% ucuzlaşma, digər xarici ölkələr üzrə 6,9% bahalaşma müşahidə olunub.
 
Aprel ayında MDB ölkələrinə dəniz nəqliyyatında yükdaşıma tarifləri 1,2%, dəmir yolu nəqliyyatında isə sərnişindaşıma tarifləri 13,0% bahalaşıb.
 
Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi ay ərzində 3,2% ucuzlaşıb.
 
Avtomobil nəqliyyatında sərnişindaşıma və yükdaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb.

 





08.05.2014    çap et  çap et