525.Az

Quldur qadınlar həbs olunub


 

Quldur qadınlar həbs olunub<b style="color:red"></b> Bakıda və Şəmkirdə oğru qadınlar saxlanılıblar.

525.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, aprelin 23-də Şəmkir rayonunun Zəyəm qəsəbə sakini İlham Vəliyevin evindən 1850 manat oğurlanıb.
Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş həmin qəsəbə sakini Nərmin Həsənova tutulub.
Mayın 6-da isə Bakı şəhər sakini Xəyalə Əliyevanın evindən qızıl əşyalar oğurlanıb. Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Bakı şəhər sakini Ülkər Bağırova tutulub.
 





08.05.2014    çap et  çap et