525.Az

Bakıda 3 avtobus toqquşub, xəsarət alan var


 

Bakıda 3 avtobus toqquşub, xəsarət alan var <b style="color:red"></b>

Bakı Nəqliyyat Agentliyi avtobusların iştirakı ilə baş verən qəzayla bağlı məlumat yayıb.

BNA-dan 525.az-a verilən xəbərə görə, yanvarın 6-da Suraxanı qəsəbəsi Zığ şosesində 104, 113 və 217 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib. Hadisə nəzarətə götürülərək müvafiq araşdırma aparılıb. Marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti göstərən "BUS TRANS" MMC", "Transkontrol" MMC və "Azlənd Plaza" MMC-nin məsul şəxsləri Bakı Nəqliyyat Agentliyinə çağırılaraq izahatları alınıb.

Hadisə nəqliyyat vasitələrinin reysə başlanma vaxtından əvvəl qeyd alındığından avtobuslarda sərnişin olmayıb. "Azlənd Plaza" MMC müvəqqəti istismarında olan 217 nömrəli marşrutun sürücüsü xəsarət alıb.
 

 





06.01.2022    çap et  çap et