525.Az

Daha bir mərkəzi küçədə hərəkət məhdudlaşdırılacaq


 

Daha bir mərkəzi küçədə hərəkət məhdudlaşdırılacaq<b style="color:red"></b>

 Bakıda daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə APA-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
 
“Azəryolservis” ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən, Səməd Vurğun küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Sürücülərə alternativ olaraq Rəşid Behbudov küçəsi, Bülbül və Azadlıq prospektlərindən istifadə etmələri tövsiyə olunur.

 





08.05.2014    çap et  çap et