525.Az

DİN: Direktorun şagirdləri döyməsi ilə bağlı video araşdırılır


 

DİN: <b style="color:red"> Direktorun şagirdləri döyməsi ilə bağlı video araşdırılır</b>

Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntülərlə bağlı Nəsimi Rayon Polis İdarəsinin Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır.

525.az-ın məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

DİN rəsmisi qeyd edib ki, Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntülərdən məlumatlıdılar: "Ərazi üzrə - Nəsimi RPİ-nin 19-cü Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır. Hazırda təhqiqat qrupu məktəbdədir. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək".

 





06.01.2022    çap et  çap et