525.Az

ARDNŞ ona məxsus məktəbdə yanğının baş verməsi ilə bağlı yayılan məlumatlara rəsmi aydınlıq gətirib - Yenilənib


 

ARDNŞ ona məxsus məktəbdə yanğının baş verməsi ilə bağlı yayılan məlumatlara rəsmi aydınlıq gətirib<b style="color:red"> - Yenilənib</b>

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Bakıda ona məxsus məktəbdə yanğının baş verməsi ilə bağlı yayılan məlumatlara rəsmi aydınlıq gətirib.

Şirkətdən Trend-ə bildirilib ki, ARDNŞ-yə məxsus heç bir təhsil müəssisəsində yanğın baş verməyib. Təhsil müəssisəsinin binasının arxasında - tikinti aparılan sahədə tullantılar yandırılıb. Həmin yanğının tüstüsü isə binaya tərəf gəlib. Buna görə də ARDNŞ-yə məxsus təhsil müəssisəsindəki şəxslər evakuasiya ediliblər.

Yanğın artıq lokallaşdırılıb.

__________________________________________________________________


Bakıda uşaq bağçası yanır

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanğın Bibiheybət məscidinin yaxınlığında fəaliyyət göstərməyən uşaq bağçasında qeydə alınıb.
 
Yanğın bağçanın alkapondan olan üzlük hissəsində qeydə alınıb.
 
Hazırda Fövqəladə Hallar Nazirliyinin dörd yanğınsöndürən avtomobili və canlı qüvvəsi alovun söndürülməsi istiqamətində iş aparır.

 





08.05.2014    çap et  çap et