525.Az

Qlobal siyasət güzgüsündə Heydər Əliyev şəxsiyyəti


 

Qlobal siyasət güzgüsündə Heydər Əliyev şəxsiyyəti<b style="color:red"></b>

Milli Məclisin deputatı
Fəlsəfə doktoru

Heydər Əliyevin anadan olmasından 91 il ötür. Hər ötən il Heydər Əliyev dühasının böyüklüyünü, möhtəşəmliyini bir daha üzə çıxarır. Zaman Heydər Əliyevin siyasi baxışlarına daha dərin məna qazandırır, onun Vətənimizin indisinə gələcəyinə çox möhkəm tellərlə bağlı olduğunu daha aydın göstərir. Dövrümüzün ictimai-siyasi reallıqları, geopolitik məkanda baş verən gözlənilməz dəyişikliklər bütün bu təlatümlərin fövqündə dayanan müasir milli dövlətçiliyimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursun rasional əsaslar üzərində, mükəmməl bir  məntiqdən - Heydər Əliyev zəkasından yoğrulduğunu bir daha sübut edir. Böyük siyasi mütəfəkkir kimi, Heydər Əliyevin keçdiyi həyat yolu bütöv bir xalqın gələcəyini müəyyən edən uğurlu siyasi kursunun kökündə dayanan səbəblər haqqında çoxsaylı dəyərli əsərlər yazılmışdır.  Bu araşdırmalarda Heydər Əliyev yeni tarixdə xalqımızın yetişdirdiyi ən böyük düha sahibi kimi xarakterizə olunur  bu şəksizdir. Lakin Heydər Əliyev şəxsiyyətinə təkcə Azərbaycan kontekstində deyil, daha geniş miqyasda - XX əsrin qlobal siyasi aynasında baxmaq, dünya siyasətinin formalaşmasında mühüm rol oynamış siyasi xadimlərlə, dövlət rəhbərləri ilə bir sırada nəzər salmaq onun siyasi portretini daha önəmli cizgilərlə zənginləşdirmiş olar. Məhz bu rakursda biz Heydər Əliyevi bütün ömrü boyu müasir dünya siyasətinin qaynar məkanında, onun yaradıcıları yönləndiricilərinin ön sıralarında görürük. Xüsusən sovet dövrünün son illərində, kommunist ideologiyasının agoniyası fonunda yürüdülən Qorbaçov siyasətinə qarşı çıxması heç kim tərəfindən anlaşılmayan qeyri-müəyyən bir siyasəti dəstəkləməkdən imtina etməsi onu dövrün pozitiv siyasi perspektivlərini düzgün müəyyən edə bilən yeganə sovet siyasətçisi kimi tanıdır. Hadisələrin sonrakı inkişafı da göstərdi ki, Sovet liderləri arasında post-sovet məkanında müstəqilləşmə epoxasının zərurətlərini duyan siyasətdə yeni yolun traektoriyasını dəqiqliklə cıza bilən, yeni dövrün qüsursuz siyasi-ideoloyi kursunu ərsəyə gətirən yeganə siyasətçi məhz Heydər Əliyev oldu. Məhz bu baxımdan,  öz dövrünün ən xarizmatik dövlət xadimi ən praqmatik siyasətçisi kimi tanınan Heydər Əliyev ümumbəşəri dəyərlərin daşıyıcısı missiyasına yüksələn universal şəxsiyyət kimi regionun coğrafi sərhədlərinə sığmayaraq ümumdünya kontekstinə çıxır.

Heydər Əliyevin siyasi fəaliyyəti, əsasən, XX əsrin ikinci yarısı ilə bağlıdır. Bütövlükdə XX əsr bəşər tarixində bir çox təlatümlü hadisələrin baş verdiyi, iki dünya müharibəsinin od ələdiyi, çoxsaylı milli dövlətlərin meydana gəldiyi, siyasi iqtisadi böhranların qaçılmaz olduğu eyni zamanda,  dünya inkişafına təkan verən proseslərin yaşandığı qlobal ziddiyyətlərlə dolu dramatik yüzillik kimi səciyyələndirilir. Baş verən bütün bu proseslər dünyanın bu günkü mənzərəsini ərsəyə gətirməklə yanaşı həm siyasətdə aparıcı şəxsiyyətlərin dövlətlərin bütövlükdə bəşəriyyətin taleyində qədər önəmli rol oynadığını göstərdi. Bəşəriyyət məhz tarixi şəxsiyyətlərin sayəsində ziddiyyətli, odlu-alovlu dünyadan sabit dayanıqlı dünyaya keçid aldı. XX əsrin tarixi məhz şəxsiyyətlərin tarixdəki rolu baxımından ibrətamiz bir dövr oldu. Bu tarixi Çörçilsiz, De Qollsuz, Kennedisiz, Mandelasız eləcə Heydər Əliyevsiz təsəvvür etmək mümkün deyil. Tarixi sınaqlar qarşısında öz xalqlarını məhv olmaq təhlükəsindən böyük siyasi məharət hesabına çıxarmağa nail olmuş bu tarixi şəxsiyyətlər. XX əsrin müxtəlif dövrlərində təkcə öz ölkələrinin deyil, həm regionun bu regionda yaşayan xalqların tarixində dönüş yaratmağa nail olmuşlarXX əsrin böyük siyasi xadimlərindən biri kimi tanınan Uinston Çörçil siyasi karyerasının ən yüksək pilləsində bütün bəşəriyyəti təhdid edən şər qüvvə ilə - imperialist işğalçılığının ən qəddar forması olan faşizmlə üz-üzə  qalmışdı. Faşist Almaniyası artıq Britaniya şəhərlərini, paytaxt Londonu bombalayırdı. Belə bir çətin məqamda düşmənin amansız həmlələrinin qarşısını almaq, təcavüzə məruz qalmış xalqı ruh düşkünlüyündən çıxarmaq, ümummilli müqavimət hərəkatını formalaşdırmaq Britaniya hökumətinin qarşısında duran ən başlıca vəzifə idi. Məhz Çörçilin uzaqgörən siyasi gedişləri qətiyyətli siyasi duruşu nəticəsində faşist Almaniyasına qarşı çox güclü ingilis cəbhəsini formalaşdırmaq mümkün oldu. Zaman geosiyasi faktorlar baxımından fərqli olsa da, hadisələrin kökündə dayanan səbəblər təhlükənin miqyası baxımindan müstəqilliyimizin ilk illərində qarşılaşdığımız təhdid təhlükə ötən əsrin 40- illərində Britaniyanın üzləşdiyi təhlükədən çox da fərqlənmir.  Öz şovinist ideoloji baxışlarına görə mənfur erməni millətçiliyi faşist düşüncəsindən heç geri qalmır. Ermənistan rəhbərliyinin Avropa Şurasının tribunasından azərbaycanlılarla ermənilər arasında etnik uyuşmazlığın mövcudluğunu iddia etməsi elə nasistlərin arilərlə başqa millətlərin uyuşmazlıq düşüncəsinin eynidir. Məhz buna görə Azərbaycanın üzləşdiyi təcavüz ermənilər tərəfindən milli ayrı-seçkilik zəminində etnik təmizləmə siyasəti artıq sadəcə milli təhlükəsizliyimizi deyil, eyni zamanda bəşəri dəyərləri təhdid edən, beynəlxalq hüquqa zidd olan təhlükəli tendensiya xarakteri almışdı. Belə bir məqamda erməni faşizminə qarşı  ümummilli cəbhəni formalaşdıra bilməsi məhz Heydər Əliyev şəxsiyyətinin qüdrəti idi. Xüsusilə, ümummilli liderimizin 1994-cu ilin aprelində düşmən hücumlarının kəskinləşdiyi məqamda xalqa müraciətini xatırlamaq yerinə düşər. Ağdam, Tərtər, Füzuli rayonları istiqamətində erməni qoşun birləşmələrinin aramsız hücumlarını dəf etmək ümummilli səfərbərliyin ən yüksək şəkildə təşkili zərurətini yaratmışdı. Belə bir anda Heydər Əliyevin soyuqqanlı bir o qədər qətiyyətli, xalqın vətənpərvərlik hisslərini qığılcımlandıran müraciətindən sonra qısa zaman ərzində cəbhədə əhəmiyyətli dönüş yarandı, düşmən tapdağında olan bir neçə qəsəbə kəndlərimiz işğaldan azad olundu. Cəbhədə yaranan dönüş tez bir zamanda düşməni atəşkəs sazişi imzalamağa məcbur etdi. Məhz bu tarixdən başlayaraq, Azərbaycanda daha sistemli vahid mərkəzdən idarə olunan ordu quruculuğuna start verildi.

Zaman-zaman Azərbaycan dövlətçiliyinə qarşı qəsdlərin, dövlət çevrilişi cəhdlərinin müstəqilliyimizin gənc dövlətimizin məhv olması təhlükəsini ortaya çıxardığı anlarda Heydər Əliyevin  fövqəladə çevikliklə öz qətiyyətli mövqeyini birbaşa xalqa ünvanlaması bir anda bütün xalqı təhlükəyə qarşı birləşdirməyə nail ola bilməsi onun siyasi cəsarətinin xalqla rəhbər arasında qarşılıqlı inamın nadir nümunəsidir. 1994- ilin oktyabrında  Xüsusi Təyinatlı Polis Dəstəsinin  xarici dövlətlərin kəşfiyyat idarələri ilə birgə ölkəmizdə dövlət çevrilişi cəhdinə qarşı Heydər Əliyevin inamlı duruşu yaxın tariximizdə siyasi qətiyyət nümunələrindən biridir. Oktyabrın 4- axşam radələrində televiziya radio ilə xalqa müraciət edən Heydər Əliyev böyük natiqlik nümunəsi göstərməklə dövlətçiliyimizin təhlükə altında olduğunu açıq şəkildə ifadə edərək milli maraqlarımızın müdafiəsi naminə insanları Prezident Administrasiyasının qarşısına səslədi. Qısa zaman ərzində bu çağırışa səs verən on minlərlə Azərbaycan vətəndaşı Prezident Administrasiyasının qarşısına toplaşaraq dövlətimizin müdafiəsi yolunda Heydər Əliyevlə eyni mövqedə dayandığını ifadə etdi. Məhz belə bir fövqəladə həmrəyliyin yaradılmasını təmin edən xalq-rəhbər birliyi dövlət çevrilişinin qarşısını aldı.

Örnək gətirdiyimiz tarixi faktlar yenə   xalqların taleyinin müəyyənləşdiyi həlledici məqamlarda tarixi şəxsiyyət amilinin qədər önəmli rol oynadığını göstərir.

Bu kontekstdə Heydər Əliyev Şarl De Qoll kimi iki tarixi şəxsiyyəti birləşdirən mühüm bir keyfiyyət - xalqlarının ən çətin anlarında onları toplum olaraq səfərbərliyə ruhlandıran müstəsna natiqlik qabiliyyətlərinin xalqın onlara sonsuz inamının olmasıdır. Məhz bu keyfiyyət həmin tarixi şəxsiyyətlərin uzaqgörən siyasi gedişlərinə uğur gətirərək toplumun bir ideya ətrafında sıx birləşməsinə rəvac vermişdir. Eyni zamanda, Şarl De Qoll Heydər Əliyev bir-birindən fərqli situasiyalarda, lakin eyni müdrikliklə totalitar rejimlərdən demokratik təsisatlara keçməyin tarixi labüdlüyünü vaxtında dərk etmiş bu mütərəqqi prosesin təşkilatçıları olmuşlar. 

Bütün oxşarlıqlarla yanaşı, Heydər Əliyev şəxsiyyətinin özünəməxsusluğu da xüsusi əhəmiyyət kəsb edir. O, bir çox siyasətçi müasirlərindən fərqli olaraq təkcə öz dövrünün deyil, daha geniş zaman çərçivəsində baş verən ictimai-siyasi proseslərin axarını müəyyən edə bilən güclü siyasi iradə sahibi, yeni dünya tarixinin rasional siyasətçisi, uzaqgörən bir dövlət xadimidir. Heydər Əliyev təkcə Gələcəyi görmür, həm   o Gələcəyi yaradır: Sabaha doğru gedən yolu açır insanları o yolla getməyə səfərbər edir.

Heydər Əliyevlə müqayisədə onunla eyni zamanda SSRİ-nin siyasi elitasının ən yüksək pilləsində qərarlaşmış siyasətçilər - Leonid Brejnev Mixail Qorbaçov bu gün siyasət tarixində ən miskin fiqurlar kimi görünür. 18 il ərzində Sovet İttifaqına rəhbərlik etmiş Leonid Brejnevi retrospektiv baxımdan dəyərləndirməli olsaq, onu əslində, Sovet İttifaqının durğunluq dövrünə qədəm qoymasına zəmin hazırlayan siyasətçi kimi xarakterizə etmək mümkündür. Leonid Brejnev başında dayandığı siyasi rejimi yalnız mühafizəkar qaydalarla idarə etməyi bacaran, dövlətin təkamül tərəqqi qanunlarını bilməyən, istənilən yeniliyi yaxına buraxmayan tipik bir  "homo-sovietikus" idi. Onun şəxsində bir siyasət adamı üçün həyati vacib olan siyasi qətiyyət, xarizma, zamanın reallıqlarını düzgün qiymətləndirmək, ictimai-siyasi çağırışlara adekvat reaksiya vermək qabiliyyətini görmək olduqca çətindir. Lakin az sonra eyni siyasi piramidanın kifayət qədər nüfuzlu məsuliyyətli pilləsində dayanmış  Heydər Əliyevin o zamankı sonrakı həyat yoluna nəzər saldıqda tamamilə fərqli bir mənzərənin şahidi oluruq. Heydər Əliyevin istər Azərbaycan SSR-ə rəhbərlik etdiyi, istərsə Sovet İttifaqının rəhbərliyində təmsil olunduğu zaman göstərdiyi siyasi əzmkarlıq yorulmaz siyasi fəaliyyəti ona həmkarlarından tamamilə fərqlənən nadir şəxsiyyət imici qazandırmışdı.

Bütün siyasi karyerası boyunca Heydər Əliyevə qarşı qısqanc münasibətin, zaman-zaman edilən xəyanətlərin kökündə məhz onun öz zəhməti  ilə qazandığı böyük nüfuzun "təhlükəsi" dayanırdı. SSRİ-nin sonuncu rəhbəri olmuş Mixail Qorbaçovun Heydər Əliyevə qarşı qərəzli münasibəti bunun bariz nümunəsidir. Malik olduğu keyfiyyətlərlə tutduğu siyasi vəzifənin məsuliyyəti arasında dərin uçurum olan bu şəxsin parlaq zəkaya malik bir şəxsiyyətə - Heydər Əliyevə qarşı qərəzli münasibəti məhz o "təhlükə"nin duyğusundan qaynaqlanırdı. Nahaq yerə deyilmir ki, zaman tarix boyunca əsl həqiqətləri üzə çıxaran, kimin kim olduğunu tam çılpaqlığı ilə göstərən ən dürüst mizan-tərəzidir. Tarixin üzə çıxardığı ədalət reallıq isə bundan ibarətdir: Qorbaçov öz adını tarixə böyük bir dövləti dağıdan, əli qana bulaşmış cinayətkar bir şəxs kimi, Heydər Əliyev isə Azərbaycan adlı məmləkəti yenidən quran, onun müstəqilliyini əbədi sarsılmaz edən şəxsiyyət kimi yazdırdı. Bu da tarixin mizan-tərəzisi!

Sovet İttifaqının süqutundan sonra müstəqilliyini bərpa edən dövlətlərin bugünkü siyasi-iqtisadi durumu, regional qlobal miqyasda tutduqları yer həmin dövlətlərə başçılıq etmiş şəxslərin seçdikləri siyasi xəttlə birbaşa bağlıdır. Bunu post-sovet ölkələrinin keçmiş rəhbərlərinin fəaliyyəti həmin ölkələrin bu günkü siyasi-iqtisadi durumuna nəzər saldıqda daha aydın görmək mümkündür. Belə bir müqayisədə Heydər Əliyev siyasəti öz möhtəşəmliyi ilə üzə çıxır. Həm bir faktı nəzərdən qaçırmaq olmaz ki, Azərbaycanın yerləşdiyi geopolitik məkan digər post-sovet ölkələrindən mürəkkəbliyi həssaslığı ilə fərqlənir. Bu gün Gürcüstanın düşdüyü geopolitik çıxılmazlıq sindromu, aqressiv şəkildə şimal qonşusunun təcavüzünə uğraması demək olar ki, müdafiəsiz qalması bu ölkənin sabit tarazlı siyasətə qədər ehtiyacı olduğunu bir daha göstərir. Yəqin ki, əgər zamanında ölkədə milli müstəqillik siyasətinin əsası düzgün qoyulsaydı,  orada da dövlətin sabit dayanıqlı inkişafı təmin edilmiş olardı. Ermənistana gəldikdə isə, regionda Rusiyanın forpostu funksiyasını kölə sadiqliyi ilə yerinə yetirən, ümumiyyətlə, heç zaman öz mükəmməl dövlətçiliyini qurmamış yəqin ki, heç zaman da buna nail olmayacaq bu ölkədə heç bir müstəqil siyasətdən, "parlaq gələcək" vəd edən siyasi düşüncədən,  ənənədən liderlik institutundan danışmaq mümkün deyil. Görünür, bu çürük siyasətin, daha doğrusu, siyasətsizliyin,  öz  ölkəsini böyük fəlakətlərə sürüklədiyini  Ermənistan hakimiyyəti, erməni xalqı əməlli-başlı dərk edir. Lap yaxın dövrdə Qərblə Şərq arasında geo-politik çəkişmələrin qurbanına çevrilmiş Ukraynanın da durumu heç ürəkaçan deyil. Bu dövləti 20 ildən çox müstəqillik dövrü ərzində idarə etmiş siyasətçilər  tərəfindən yürüdülən siyasi kursun dəyəri, daha doğrusu, dəyərsizliyi bu gün göz qabağındadır. Bütün bu illər ərzində formalaşan kövrək siyasi vəziyyət, xaotik siyasi gedişlər fonunda daim tənəzzülə gedən iqtisadi durum davamlı hakimiyyət dəyişmələri bu gün Ukrayna dövlətçiliyinin mövcudluğunu belə təhlükə altına almışdır. Bir çox cəhətlərinə görə hadisələr Azərbaycan- Ermənistan münaqişəsini xatırladır.Lakin ən böyük fərq ondan ibarətdir ki, cərəyan edən dramatik hadisələrin səhnəsində bu hadisələri cilovlayıb dayandırmağa bütün vətəndaşları Ukrayna xalqının milli maraqları ətrafında birləşdirməyə qadir olan siyasi lider yoxdur. Ukrayna xalqının avtoritarizmdən qurtulduğu bu həssas məqamda Ukraynaya məhz onların "Heydər Əliyevi" hava su kimi lazım idi.

Sovet İttifaqı dağıldıqdan sonra Rusiya da yenidən özünü tapmaq, etimadlı tərəfdaş qismində sivil beynəlxalq hüquq normalarına əsaslanan yeni siyasi xətt seçmək şansı qazanmışdı. Lakin Boris Yeltsinin gələcək prosesləri düzgün qiymətləndirməyə yetməyən  siyasi savadsızlığı  sonrakı dövrlərdə bu dövlətin gələcək inkişafının kökündə dayanmalı olan  milli ideyanın hələ tapılmaması  bu gün Rusiyanı irəli getdiyində , geriyə döndüyündə məğlubiyyətə aparıb çıxaracaq bir duruma salmışdır. Bu gün neo-avrasiyaçılığı yeni imperialist siyasətin mərkəzi xəttinə çevirən bu ideyanın reallaşmasına uğursuz cəhdlər edən Rusiya beynəlxalq sistemi kifayət qədər dərindən çalxalamaqla, özünə bütün beynəlxalq birliyə ciddi ziyan gətirməkdə öz xalqını daha böyük fəlakətlərə sürükləməkdədir. 

Beləliklə, Heydər Əliyevdən başqa vaxtilə Sovet Politbürosunun tərkibində olmuş bütün siyasətçilərin adlarını  Əlahəzrət Tarix qısa müddət ərzində yaddaşlardan sildi. Onlardan heç birinin siyasi irsi siyasi kursu yeni, müstəqil bir dövlətin həyat yoluna çevrilmədi. Dünya inkişafının  perspektivini   aydın görən, ona doğru addımlayan ölkəsini, xalqını ona doğru istiqamətləndirən Heydər Əliyevin uzaqgörən siyasəti isə müasir Azərbaycanın dünya birliyinə təbii inteqrasiyasını təmin edərək  onun müstəqilliyini əbədi dönməz etdi. Bu siyasət, hər şeydən əvvəl, uzunmüddətli sabitliyin bərqərar olunmasına yönəlmişdir; bu siyasət zaman çərçivəsi ilə məhdudlaşmır - gələcəyə hədəflənmişdir; bu siyasət geopolitik maraqları toqquşdurmur, əksinə, həmin maraqların Azərbaycanın milli mənafeləri ilə uzlaşan ideal harmoniyasını yaradır. Məhz bu siyasət hələ uzun illər  Azərbaycanın daxili xarici siyasət doktrinasının özəyini, milli inkişafımızın təməlini təşkil edəcəkdir. Məhz bu cəhətləri Heydər Əliyev siyasətini qlobal siyasət səviyyəsinə yüksəldir onun özünü isə dünya miqyaslı şəxsiyyətə çevirir.

Heydər Əliyev Azərbaycan xalqının rifahını, milli dövlətçiliyimizin daha da güclənməsini hər şeydən üstün tutan vətənpərvər lider idi. Xüsusilə, ömrünün son on ilində Heydər Əliyevin  fəaliyyəti hətta bir insan ömrünə sığmayacaq qədər zəngin oldu. Xarici ölkələrə etdiyi davamlı səfərlərlə, daxili xarici siyasətimizin dayaqlarını yaratmaqla, ümumən, bütün ölkənin yenidən qurulmasına rəhbərlik etməklə, Heydər Əliyev Yeni Azərbaycanın əsasını qoydu. İstənilən xarakterli böhrandan sabitliyə keçidin uzunmüddətli ağrılı proses olduğu şübhəsizdir. Heydər Əliyevin siyasi dühasının böyüklüyü isə onda idi ki, uzaqgörən siyasi gedişləri ilə bugünkü sürətli inkişafımızın kökündə dayanan sabitliyi qısa zaman kəsiyində bərqərar etməyə nail oldu. Gərgin rejiminin səhhətində problemlər yaratmasına baxmayaraq, Azərbaycan uğrunda yorulmaz fəaliyyətini bir an belə dayandırmadı. Yalnız Heydər Əliyevin güclü qətiyyəti, ölkəmizin maraqlarına xələl gətirə biləcək məsələlərdə tutduğu prinsipial mövqeyi Azərbaycana beynəlxalq miqyasda yanaşmanı dəyişdi. ATƏT-in Lissabon sammitində ölkəmizin ərazi bütövlüyünün yekdil şəkildə dəstəklənməsi artıq Azərbaycanın dünya birliyi tərəfindən suveren dövlət kimi qəbul edilməsinin əyani nümayişi oldu. Məhz onun yorulmaz səyləri nəticəsində Azərbaycan konservativ, tipik post-sovet ölkəsi kimi deyil, beynəlxalq regional müstəvidə sabit davamlı inkişaf vəd edən bərabərhüquqlu tərəfdaş kimi tanınmağa başladı.

Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri, regionda sabitliyin bərqərar olunmasında oynadığı rol bir çox tanınmış dövlət adamları tərəfindən aydın şəkildə ifadə olunmuş yüksək qiymətləndirilmişdir. ABŞ-ın keçmiş prezidenti Corc Buş ümummilli liderimiz haqqında deyirdi: "Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Onun mövqeyi göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırmış Azərbaycanın XXI əsrə müasir dövlət kimi daxil olmasına şərait yaratmışdır". Bu fikirlər Heydər Əliyev tərəfindən yürüdülən siyasətin ölkə daxilində sabitliyə iqtisadi inkişafa təkan verdiyini ifadə etməklə yanaşı, ümummilli liderimizin bütövlükdə regional müstəvidə kəsb etdiyi sülhyaradıcı qlobal inteqrasiyaya yol açan fəaliyyətinin əhəmiyyətini bir daha təsdiqləyir.

Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyer Heydər Əliyev haqqında fikirlərini bölüşərkən sabitlik faktorunu xüsusilə vurğulayır: "Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər".  

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Heydər Əliyev şəxsiyyətinə Azərbaycan, region ümumdünya kontekstində yanaşaraq bildirir: "Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi firavanlığı, bölgədə dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk dünya tarixində şərəfli yer tutmuşdur". Doğrudan da, Heydər Əliyev öz xalqının tarixi köklərinə bağlı olan elə bir şəxsiyyətdir ki, o, bütün siyasi fəaliyyəti ərzində türk dünyasının birliyinə, bütövləşməsinə vahid güc mərkəzinə çevrilməsinə böyük inam bəsləmiş bu prosesin davamlı inkişafına çalışmışdır. Yeni türk yüzilliyinin rəmzi başlanğıcı kimi,  məhz Heydər Əliyevin təşəbbüsü ilə 2000-ci ildə Bakıda təşkil olunmuş Türk Dövlətləri Başçılarının Zirvə Toplantısı bu Toplantının sonrakı illərdə artan ideya-praktik nəticələri onun türk dünyasının birliyi naminə göstərdiyi xidmətin parlaq nümunəsidir. 

Heydər Əliyev şəxsiyyəti o qədər zəngindir ki, istənilən aspektdən yanaşdıqda onun intəhasız fəaliyyətinin geniş okeanına çıxa bilirsən. Öyrənildikcə öyrənilən, heç zaman tükənməyən Heydər Əliyev irsi, onu müasiri olduğu digər dünya siyasətçilərindən fərqləndirən siyasi dühası, onun yaradıcı zəkası hələ uzun illər çoxtərəfli araşdırmaların mövzusu olacaq. hər zaman bu şəxsiyyətin tarixdə oynadığı əhəmiyyətli rol daha dərin məzmunda, daha geniş panoramda daha konseptual şəkildə açılacaq. Amma bir həqiqət heç zaman dəyişməyəcək: Heydər Əliyev müasir Azərbaycanımızın qurucusu olmaqla yanaşı, tərəqqi ədalət, sülhpərvərlik humanizm ideyalarına əsaslanan geniş spektrli fəaliyyəti ilə bəşər tarixinin yetişdirdiyi nadir şəxsiyyətlərdəndir! 

 





08.05.2014    çap et  çap et