525.Az

“Dövlət Gömrük Komitəsi büdcə öhdəliyinə 111% əməl edib”


 

“Dövlət Gömrük Komitəsi büdcə öhdəliyinə 111% əməl edib”<b style="color:red"></b>

Dövlət Gömrük Komitəsi ötən il dövlət büdcəsi qarşısında öhdəliyinə 111,3 % əməl edib.

525.az xəbər verir ki, bunu Komitənin sədri Səfər Mehdiyev bildirib.

Onun sözlərinə görə, büdcəyə 4 milyard 340,4 milyon manat vəsait köçürülüb. Bu da nəzərdə tutulan proqnozdan 440,4 milyon manat çoxdur.

Xatırladaq ki, ötən il DGK-nın büdcə yükü 3,9 milyard manat olub. Bu il isə bu rəqəm 9,2% artırılaraq 4,26 milyard manata çatdırılıb.

 





07.01.2022    çap et  çap et