ATƏT-in Minsk qrupunun həmsədrləri mayın ortalarında regiona səfər edəcəklər.
Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, həmsədrlər əvvəlcə Ermənistana, daha sonra Dağlıq Qarabağa və sonra Bakıya gələcəklər.
E.Məmmədyarov deyib ki, həmsədrlərin səfərinin məqsədi faktaraşdırıcı missiyadır. Onlar Dağlıq Qarabağdakı vəziyyətlə yaxından tanış olacaqlar.
XİN rəhbəri həmçinin bildirib ki, Suriyadan gələn qacqınların Ermənistanda yerləşdirilməsi ilə bağlı ATƏT-in baş katibinə məktub göndərib.
çap et