525.Az

Gələn həftə şagirdlərin yerdəyişməsi dayandırılacaq


 

Gələn həftə şagirdlərin yerdəyişməsi dayandırılacaq<b style="color:red"></b>

Yanvarın 12-də saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalı vasitəsilə sorğuların qəbulu məktəblərdə siniflərin II yarımil üçün komplektləşdirilməsi ilə bağlı müvəqqəti olaraq dayandırılacaq.

525.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov bildirib.

O qeyd edib ki, portalın fevral ayının II yarısında aktiv edilməsi planlaşdırılır: "Eyni zamanda buraxılış imtahanlarına görə XI sinif şagirdlərinin yerdəyişməsi tədris ilinin sonunadək aktiv edilməyəcək".

 





07.01.2022    çap et  çap et