525.Az

Təhsil Nazirliyindən Diqo kəndinin şagirdlərinin problemi ilə bağlı açıqlama


 

Təhsil Nazirliyindən Diqo kəndinin şagirdlərinin problemi ilə bağlı açıqlama<b style="color:red"></b>

Astaranın Diqo kəndində yeni məktəb tikiləcək.

525.az Report-a istinadən xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildirilib. Qeyd olunub ki, bu il tikintisi planlaşdırılan modul tipli məktəblərin siyahısına Diqo kənd məktəbinin də adı təqdim olunacaq.

Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov adıçəkilən kəndin 10 yaşlı sakini Vahabov Şindan Şəkər oğlunun təhsil problemi ilə məsələyə münasibət bildirib. O qeyd edib ki, Astara rayon Təhsil Şöbəsi məsələ ilə bağlı araşdırma aparır: "Həmin şagird ibtidai təhsilini Şəvqo kənd ibtidai məktəbində alıb. Hazırda Pəlikəş kənd tam orta məktəbinin V sinif şagirdidir. Şagirdin valideynindən sağlamlıq haqqında arayışın istənilməsi və məsafənin uzaqlığı səbəbindən onun davamiyyətində problem yaranıb".

Qeyd edək ki, son 5 ildə Astaranın ucqar dağ kəndlərində 9 modul tipli məktəb istifadəyə verilib.

 





07.01.2022    çap et  çap et