525.Az

“Beynəlxalq birlik Azərbaycan ərazilərinin işğalına reaksiya verməlidir”


 

“Beynəlxalq birlik Azərbaycan ərazilərinin işğalına reaksiya verməlidir”<b style="color:red"></b>

 “Azərbaycana səfərimiz bizim üçün müsbət mənada kəşf xarakterli bir səyahət oldu. Aramızda uzun məsafə olsa da, bir çox məsələdə mövqeyimiz ortaqdır”.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycanda səfərdə olan Hondurasın xarici işlər naziri, xanım Mireya Aguero Dekorales deyib. O bildirib ki, əvvəl iki ölkə yalnız beynəlxalq səviyyədə əməkdaşlıq edirdi: “Lakin indi birbaşa əlaqələr qurmaq üçün iş planımızı tərtib etmişik”.
 
Qonaq Dağlıq Qarabağ məsələsində Azərbaycan tərəfinə öz dəstəyini ifadə edərək bəyan edib ki, bu, Honduras üçün prinsip məsələsidir: “Biz hesab edirik ki, beynəlxalq birlik bu işğala reaksiya verməlidir”.

 





08.05.2014    çap et  çap et