525.Az

Diplomatik xidmətə qəbul olunmaq istəyən namizədlər üçün imtahana qeydiyyat davam edir


 

Diplomatik xidmətə qəbul olunmaq istəyən namizədlər üçün imtahana qeydiyyat davam edir<b style="color:red"></b>

Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul üzrə imtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı aparılır. Namizədlərin qeydıyyatı Dövlət İmtahan Mərkəzinin (DİM) internet portalında yanvarın 12-si saat 18:00-dək davam edəcək.

Bu barədə 525.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, namizədlər DİM-in saytındakı link vasitəsilə qəbul qaydaları və müsabiqə şərtləri ilə tanış ola, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.

Xatırladaq ki, Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul üzrə imtahan yanvarın 23-də keçiriləcək.

 





08.01.2022    çap et  çap et