525.Az

Azərbaycan Səfirliyi Türkiyə hərbçilərinin həlak olması ilə başsağlığı verib


 

Azərbaycan Səfirliyi Türkiyə hərbçilərinin həlak olması ilə başsağlığı verib<b style="color:red"></b>

Azərbaycanın Türkiyədəki səfirliyi bu ölkənin hərbçilərinin Suriya ilə sərhəddə həlak olması ilə bağlığı başsağlığı verib.

525.az-ın xəbərinə görə, başsağlığı səfirliyin tviter səhifəsində yayılıb.

Paylaşımda deyilir:

“Qəhrəman əsgərlərimizə Allahdan rəhmət, qardaş Türkiyəyə başsağlığı diləyirik”.

Qeyd edək ki, hadisə dünən Şanlıurfada, sərhəd xəttində baş verib. Terrorçuların yerləşdirdiyi qumbaranın partlaması nəticəsində 3 hərbçi həlak olub. Öz növbəsində Türkiyə hərbçiləri də dünən PKK/YPG terrorçularının hədəflərinə zərbələr endirib. İlkin məlumata görə, 12 terrorçu məhv edilib.

 





09.01.2022    çap et  çap et