525.Az

Azərbaycan XİN Qazaxıstana başsağlığı verib


 

Azərbaycan XİN Qazaxıstana başsağlığı verib<b style="color:red"></b>

Azərbaycanın Xarici İşlər Nazirliyi Qazaxıstana başsağlığı verib.

525.az-ın xəbərinə görə, nazirliyin “Twitter” səhifəsində paylaşılan başsağlığında bildirilir:

“10 Yanvar - Qazaxıstanda Ümummilli Matəm Günü ilə əlaqədar, faciəvi hadisələrdə ölkənin bir sıra bölgələrində həyatlarını itirən insanların ailələrinə və yaxınlarına, qardaş qazax xalqına başsağlığı bildiririk. Qazaxıstana sülh, sabitlik, əmin-amanlıq və rifah arzulayırıq”.

 





10.01.2022    çap et  çap et