525.Az

Dövlət İmtahan Mərkəzində növbəti beynəlxalq imtahan keçirilib


 

Dövlət İmtahan Mərkəzində növbəti beynəlxalq imtahan keçirilib<b style="color:red"></b>

Dövlət İmtahan Mərkəzində (DİM) ETS-nin (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) kompüter əsaslı növbəti GRE: General Test imtahanı keçirilib.

Bu barədə 525.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, imtahanda 8 nəfər iştirak edib.

İmtahan yanvarın 9-da DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında müvafiq sanitar-gigiyenik qaydalara uyğun təşkil olunub.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin edilib.

İştirakçılar imtahan nəticələrini ETS-nin saytında 10-15 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

 





10.01.2022    çap et  çap et