525.Az

TOEFL iBT imtahanında 15 nəfər iştirak edib


 

TOEFL iBT imtahanında 15 nəfər iştirak edib<b style="color:red"></b>

Dövlət İmtahan Mərkəzində (DİM) növbəti TOEFL iBT imtahanı keçirilib.

Bu barədə 525.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, imtahan DİM-in Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında müvafiq sanitar-gigiyenik qaydalara uyğun təşkil olunub. Koronavirusla (COVID-19) mübarizə ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

İmtahanda 15 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-nin (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

Qeyd edək ki, növbəti TOEFL iBT imtahanının yanvarın 22-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatla DİM-in saytındakı link vasitəsilə tanış olmaq mümkündür.

 





10.01.2022    çap et  çap et