53 saylı məktəbdə “İngilis dili aylığı” çərçivəsində tədbir keçirilib.
Bu gün Yasamal rayonundakı 53 saylı tam orta ümumtəhsil məktəbində “İngilis dili aylığı” çərçivəsində təntənəli tədbir təşkil olunub.
Dövlət himni səsləndirildikdən sonra çıxış edən məktəbin direktoru Firəngiz Həsənova iştirakçıları salamlayaraq, Prezident İlham Əliyevin təhsilə önəm verməsindən, ölkəmizdə xarici dilin yüksək səviyyəli tədrisindən, o cümlədən bu istiqamətdə məktəbdə görülən işlərdən, layihələrdən bəhs edib. Keçiriləcək mərasimin də məhz bu baxımdan əhəmiyyətli olduğunu vurğulayan direktor belə tədbirlərin şagirdlərin xarici dillərə olan maraqlarının artmasına təkan verdiyini bildirib. O, hər il məktəbdə silsilə tədbirlərin təşkil edildiyini və bunun şagirdlərin ictimai fəallıqlarına, xüsusilə səhnə mədəniyyətlərinin formalaşmasına, sərbəst olmalarına müsbət təsir etdiyini deyib.
Daha sonra məktəb şagirdlərinin ifasında ingilis dilində şeirlər, mahnılar səsləndirilib, tamaşalar nümayiş etdirilib.
Məktəblilərin çıxışlarından sonra Firəngiz Həsənova təşkilatçılara, xüsusilə ingilis dili müəlliməsi Arzu Orucovaya təşəkkür edərək, məktəbin ən savadlı və fəal pedaqoqlarından biri kimi fəaliyyət göstərdiyini deyib. Tədbirin rəngarəng hazırlanması ilə təşkilatçılıq qabiliyyətinin də yüksək olduğunu təsdiqlədiyini söyləyərək ona təşəkkür edib.
Qeyd edək ki, böyük maraqla izlənilən tədbirin sonunda direktor müavinləri Əminə Həmzəyeva və Lalə Nəsirova ən aktiv şagirdlərə Fəxri fərmanlar təqdim ediblər.
Sonda valideynlər də yüksək səviyyəli tədbirin təşkilinə, şagirdlərə göstərilən qayğıya görə, təşkilatçılara, o cümlədən ingilis dili müəllimələri Arzu Orucova və Gülnar Rufullayevaya təşəkkür ediblər.


çap et