525.Az

Türk Dövlətləri Təşkilatının mənzil-qərargahında bayraqlar yarıya qədər endirilib


 

Türk Dövlətləri Təşkilatının mənzil-qərargahında bayraqlar yarıya qədər endirilib<b style="color:red"></b>

Qazaxıstanda elan olunan matəm günü ilə əlaqədar Türk Dövlətləri Təşkilatının (TDT) mənzil-qərargahında bayraqlar yarıya qədər endirilib.

525.az-ın xəbərinə görə, bu barədə təşkilatın saytında məlumat verilib.

"Qazaxıstanda baş vermiş terror hadisələri zamanı həyatını itirənlər üçün Prezident Kasım-Jomart Tokayevin qərarı ilə 10 yanvar 2022-ci il ümummilli matəm günü elan edilib.
Bu matəm günündə Türk Dövlətləri Təşkilatının mənzil-qərargahında üzv və müşahidəçi dövlətlərin bayraqları yarıya qədər endirilib.
Qardaş Qazaxıstan xalqı və hökuməti ilə davam edən həmrəyliyini bölüşən TDT, bu hadisələr zamanı həyatını itirənlərin yaxınlarına başsağlığı verir, yaralananların tezliklə sağalmasını və ölkədə normal həyatən tezliklə bərpa olunmasını arzulayır", məlumatda bildirilib.

 





10.01.2022    çap et  çap et