525.Az

Qazaxıstanda olan vətəndaşlarımızın bir qismi Azərbaycana qayıdıb


 

Qazaxıstanda olan vətəndaşlarımızın bir qismi Azərbaycana qayıdıb<b style="color:red"></b>

“Məlum olduğu kimi, artıq Qazaxıstanın Nur-Sultan şəhərindən bəzi istiqamətlərdə, o cümlədən Moskva və Dubay şəhərlərinə, beynəlxalq uçuşlar yenidən fəaliyyətə başlayıb”.

Bu barədə 525.az-a Azərbaycanın Qazaxıstandakı Səfirliyindən məlumat verilib.

Bildirilib ki, bu ölkədə müvəqqəti səfərdə olan vətəndaşlarımızın bir qismi hava yolları ilə Azərbaycana qayıdıb.

“Bir qrup vətəndaşımız isə Bişkek üzərindən vətənə geri dönüb”, - qeyd olunub.

 





10.01.2022    çap et  çap et